26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Elmar Baxşıyev: “Vaxt bizi sıxır”

“Əsas tələbimiz, istəyimiz odur ki, futbolçuları zədədən qoruyaq. Məşq proseslərini buna uyğun qurmuşuq. Lakin nə qədər də çalışsaq, zədələr qaçılmazdır. Bugünkü matçı da bəzi aparıcı oyunçularımız məhz bu səbəbdən buraxdı. Amma yenə ümidliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Sumqayıt”a qarşı keçirilən yoxlama oyunundan (2:2) sonra deyib.

Klubun saytına danışan gənc məşqçi Amin Seydiyev hələlik “Qəbələ”yə məxsus olduğunu bildirib:

“Çalışacağıq ki, komanda kimi daha yaxşı çıxış edək və yaxşı nəticələr göstərək. Amin Seydiyev müqavilə ilə “Qəbələ”yə məxsusdur. O, qarşıdakı mövsümdə karyerasını “Sabah”da davam etdirəcək. Amin elə oyunçudur ki, son gücünədək hazırda olduğu komandasına sərf edəcək. Futbolçuların psixoloji durumu qaydasındadır. Uzun müddət futboldan kənar qalsalar da, məşqlərə başlayanda problem yaranmadı. Onlar tapşırıqları maksimum yerinə yetirməyə çalışırlar. Vaxt azlığı var. Belə durumda olmamışdıq. Təlim-məşq toplanışına gedəndə də bilirdik ki, vaxtımız var və nəyin üzərində işləməliyik. Amma indi vaxt bizi sıxır. Bu sıxılmış vaxtda optimal komanda yaratmaq istəyirik. İnanıram ki, çempionat oyunlarında komanda getdikcə özünə bənzəyəcək. Mövsüm hələ bitməyib. Cari mövsümü layiqincə başa vurmaq, daha yüksək pilləyə qalxmaq istəyirik”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30