26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ramin Musayevin qaş düzəldən yerdə vurub göz çıxarması

Dünən gecədən sosial şəbəkələrdə Azərbaycan futbolu ilə bağlı əsas müzakirə mövzusu “Kəpəz” və “Turan Tovuz”un yeni mövsümdən Premyer Liqaya qayıdışıdır. Dadaşlinskinin dostlarının qonağı olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin bir açıqlaması gündəmi zəbt edib. Yurçeviçin millidən gedişi, “Qarabağ”ın yenə də Avroliqanın qrupunda olması, ölkə futbolunu yerindən oynadan danışılmış oyunlar hamısı yalan oldu. Hazırda 1 nömrəli mövzu məhz Qərb təmsilçilərinin Premyer Liqaya qayıdışıdır.

Birmənalı şəkildə qeyd eləmək lazımdır ki, Ramin Musayevin açıqlaması çox uğursuz və zamansızdır.

Azərbaycan Premyer Liqasının Bakı birinciliyinə çevrilməsi ilə bağlı tənqidlərdən yorulduğunu qeyd edən PFL prezidenti qaş düzəldən yerdə vurub göz çıxartdı.

Birincisi, Ramin Musayevin bu açıqlaması qeyri-ciddi görünür. Axı bu və buna bənzər açıqlamaları artıq bir neçə ildir ki eşidirik. Demək olar ki, hər mövsum Tovuz klubunun qarşıdakı futbol ilində elitada çıxış edəcəyi bildirilsə də, səslənən iddia təsdiqini tapmır. Komanda I divizionda çempion olduqdan sonra belə, Premyer Liqaya həsrət qaldısa, indiki əminlik hardandır? Axı nə qədər hər mövsüm eyni sözü eşitmək (demək) olar?

Digər tərəfdən də mövsümün ortasında belə bir açıqlamanı vermək hansı məntiqə sığır? Əgər mövsümün sonunda nəticələrdən asılı olmayaraq “Kəpəz” və “Turan Tovuz” Premyer Liqaya yüksələcəksə, onda I divizion niyə keçirilir? Oyunların “stavka”ya qoyulması üçün? Kimin birinci, kimin onuncu olması önəmli deyilsə, “Kəpəz” və “Turan Tovuz” xaric, digər klublar hansı məqsəd uğrunda meydana çıxırlar? Tutaq ki, MOİK, “Ağsu” və “Qaradağ Lökbatan”ın ölüsü ilə dirisinin bir fərqi yoxdu. Bəs “Zaqatala”? Axı bu komanda hazırda turnir cədvəlində ikinci yeri tutur. Belə çıxır ki, “Zaqatala” hətta çempion olsa belə, yüksək liqaya məhz Qərb klubları yüksələcək? Nəyə görə, hansı məntiqlə?

Sonra da I divizion klublarını oyun alqı-satqısında iştirak etməkdə günahlandırırlar. Çempionatı keçirən qurumun rəhbəri mövsümün ortasında nəticədən asılı olmayaraq yekunda idman prinsiplərinə tüpürüləcəyini bəyan edirsə, həmin yarışın bazara, qumarxanaya çevrilməsi normal haldı.

Oyun alqı-satqısında ən geniş şəkildə “təmsil olunan”lardan biri də məhz “Turan Tovuz”du. 7 futbolçusu qumara qurşanmağın mükafatı Premyer Liqaya vəsiqədir, cənab Musayev?

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30