26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Elxan Məmmmədov: “Bəzi futbolçular bacarıqlarının 100 faizini meydanda göstərmirlər”

“AFFA rəhbərliyi də milli komandamızın seçmə mərhələdəki çıxışından razı deyil. Bizim də suallarımız çoxdur. İcraiyyə Komitəsində bütün məsələlər müzakirə olunacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Hazırda Azərbaycan radiosu və “İdman” kanalının müştərək yayımı olan “Extra Time” proqramında qonaq olan E.Məmmədov baş məşqçi ilə yanaşı, bəzi futbolçularla da müzakirə aparılacağını bildirib:

“Baş məşqçi ilə yanaşı, bəzi futbolçulara da suallarımız olacaq. Bəzi futbolçularımız bacarıqlarının 100 faizini meydanda göstərmirlər. Demirəm bilərəkdən oynamırlar, bəlkə hansısa yorğunluq, yaxud psixoloji təzyiq var. Həmin futbolçularla söhbətimiz olacaq. Amma təbii ki suallarımızın əsası baş məşqçiyə yönələcək. Milli ölkənin əsas komandasıdır. İldə maksimum yığmanın iştirakı ilə cəmi 5 oyun olur. Futbolçular gücünün 100 faizini meydanda qoymalıdırlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30