26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” ardıcıl 5 dəfə uduzmadığı rəqibə qarşı

Bu həftə Azərbaycan Premyer Liqasında yaranan fasilə başa çatacaq.

Futbolxeber.az saytının məlumatına göə, milli komandaların oyunlarına görə yaranan bu fasilədən sonra IV turun matçları keçiriləcək. “Qəbələ” sentyabrın 14-də “Sabah”la qarşılaşacaq. Bu görüş “qırmızı-qaralar”ın cari çempionatda ikinci səfər sınağı olacaq.

“Qəbələ” indiyədək bu rəqiblə 6 dəfə görüşüb. Ötən mövsümə təsadüf edən bu qarşılaşmalardan dördü Premyer Liqa, ikisi kubok çərçivəsində baş tutub.

“Qəbələ”nin 4 dəfə qalib gəldiyi duellərdə 1 heç-heçə qeydə alınıb. “Qırmızı-qaralar” yalnız ilk oyunda uduzub və ardınca 5 oyundur yenilmir. Top fərqi də bu üstünlüyü əks etdirir – 5:2. Yalnız bir futbolçu – Ceyms Ademiyi bu qarşılaşmalarda birdən artıq qola sevinib. O, “Sabah”ın qapısına iki dəfə yol tapıb.

Çempionatdakı 4 görüşdə iki qələbəsi olan “qırmızı-qaralar” bir heç-heçə edib və bir dəfə xalsız qalıb. Premyer Liqada rəqibin qapısından üç top keçirən “Qəbələ”li futbolçular 2 qola üzülüblər.

“Sabah”ın ev qarşılaşmalarında maraqlı tendensiya müşahidə olunub. Bütün matçların taleyini bir qol həll edib. İlk oyunda meydan sahibləri, sonrakı görüşlərdə “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib. Ümumiyyətlə, 6 qarşılaşmadan dördündə bu hesaba təsadüf olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30