26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Xaqani Məmmədov: "Hakimləri çox divara dirəmək düzgün deyil"

AFFA Hakimlər Komitəsi Premyer Liqanın III turunun oyunlarında qeydə alınan hakim səhvləri ilə bağlı iclas keçirib. Bu haqda Lent.az-a komitə sədri Xaqani Məmmədov məlumat verib.

O bildirib ki, ötən gün 3 saatadək davam etmiş toplantıda ədalət təmsilçilərinə ciddi xəbərdarlıq olunub: “Hakimlərlə ciddi söhbət etdik. Onlara xəbərdarlıq etdik ki, bir də belə kobud səhvlər təkrarlansa, barələrində ölçülər götürüləcək. Bilirsiniz, hakimlərimiz cavandırlar, onları çox divara dirəmək də düzgün deyil. Heç bir komandanın rəhbərliyi öz oyunçularının səhvindən danışmır, öz uğursuzluqlarının günahını yalnız hakimlərdə görürlər, bu yolla gələcək uğursuzluqlardan sığortalanırlar. Onlara deyərdim ki, Hakimlər Komitəsinə yox, öz futbolçularına xəbərdarlıq etsinlər”.

Məmmədov ötən turun 5 oyunundan 4-ü ilə bağlı klubların narazılıqlarına da toxunub: “Neftçi” - “Simurq” matçı çox yüksək səviyyədə idarə olunub. Meydan sahiblərinin futbolçusu Elvin Yunuszadəyə göstərilən birbaşa qırmızı vərəqə haqlıdır. Bu səbəbdən, flaqmanın baş hakim Əliyar Ağayevdən narazılığı yersizdir. “Sumqayıt” - “Qəbələ” matçında isə referi Orxan Məmmədov meydan sahiblərinin qapısına penalti təyin etməli idi. “Sumqayıt”ın cərimə meydançası daxilində “Qəbələ”nin futbolçusuna edilən kobudluğu nəzərdə tuturam. Amma topun yerli komanda oyunçusunun əlinə dəydiyi epizodu penalti kimi dəyərləndirmək olmaz. Çünki top əvvəlcə ayağa, sonra ələ dəyib və futbolçu bilərəkdən əllə oynamayıb. “Qarabağ”la görüşdə Rəhim Həsənovun “Xəzər Lənkəran”ın qapısına təyin etdiyi penalti isə düzgün deyildi. “İnter” - AZAL matçında da müəyyən epizodlarda hakim səhvləri var idi”.

Lakin komitə sədri nə səhvə yol verən hakimlərin qiymətlərini, nə də onlara qarşı hansı cəzaların tətbiq olunacağını açıqlayıb. Məmmədov bunu UEFA-nın təlimatları ilə əsaslandırıb: “Mən də istərdim ki, qiymətlər açıqlansın, amma UEFA-nın təlimatları buna imkan vermir. Bununla belə, hakimlərimizin qərəzli olmadıqlarına başımla cavabdehəm”.

Bu mövsümdən tətbiq olunan 6 hakimlik sistemin müəyyən effekt verdiyini bildirən AFFA rəsmisi gələcəkdə də 2 həlledici oyunda qapı arxasındakı hakimlərin də təyinat alacaqlarını vurğulayıb. O, ötən mövsümün sonlarında Premyer Liqadan uzaqlaşdırılan Anar Salmanov və Elçin Məmmədovun qayıdışının gündəmdə olmadığını əlavə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30