19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Volkov: “Dinamo”nu məğlub edə bilmərik kimi düşüncəmiz yoxdur”

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” 2019-2020-ci illər mövsümünə hazırlığını Boluda davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, komandanın gürcüstanlı yarımmüdafiəçisi Davit Volkov qonşu ölkədə keçirilən təlim-məşq toplanışı barədə fikirlərini gabalafc.az-a açıqlayıb:

“Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Komandanın düşərgəsində zədəli futbolçunun olmaması sevindirici haldır. Yalnız mənim belə problemim var idi. Artıq bu çətinliyi arxada qoyaraq komanda ilə məşqlərə başlamışam. Yüksək səviyyədə keçdiyimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu baş tutub. Bu tip matçlar üçün hər şey normal olub. Hazırlığı bu tempdə davam etdirməliyik”.

Volkov komandanın yenidən formalaşmasına da münasibət bildirib: “Heyət yenidən formalaşır. Komandamızda yeni oyunçular çoxdur. Gənc futbolçular çox çalışmalı, oynamalıdırlar. Onlar məşqçilərin tapşırıqlarını dəqiq yerinə yetirməlidirlər. Hesab edirəm ki, bunu etsələr, hər şey yaxşı olacaq”.

Gürcüstanlı futbolçu “Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsi şanslarına da toxunub. İlk oyunda “Enqordani”ni (Andorra) 6:0 hesabı ilə məğlub edən Gürcüstan “Dinamo”sunu (Tbilisi) rəqib kimi görən yarımmüdafiəçi bu komandanı da dəyərləndirib: “Böyük ehtimalla, “Dinamo” ilə qarşılaşacağıq. Bu komanda son oyunlarda ardıcıl uğurlu nəticələr qazanıb. Tbilisi təmsilçisi çox yaxşı oyun nümayiş etdirir, güc futbolu sərgiləyir. Bu rəqiblə bərabər mübarizə aparacağıq. Şansları əllinin əlliyə qiymətləndirirəm. Matça kim daha yaxşı hazırlaşıb, qarşılaşmada üstün olsa, qalib gələcək. Komandamızda yaxşı əhval-ruhiyyə var. “Dinamo” güclüdür və onu məğlub edə bilmərik kimi düşüncəmiz yoxdur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31