26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

İlkin Xəlilov məsələsində son nöqtə: "ATV-də işimə davam edirəm"

Son günlərin gündəm mövzularından biri də İlkin Xəlilovun ATV-də qalıb-qalmayacağı idi.

Futbolxeber.az saytının məlumatına görə, ATV rəhbərliyi də Xəlilovun öz işində qalacağını bildirib. Təcrübəli jurnalist özü də şəxsi "feysbuk" səhifəsində məsələ ilə bağlı bunları yazıb:

"Demək belə, hər şeyə bütün suallara tam aydınlıq gəldiyindən artıq son nöqtəni qoymaq olar. ATV-də işimə davam edirəm!!! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm. Amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!!"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30