17 Iyul 2019, Çərşənbə
“Bakıya turist kimi gəlməmişik”
“Zirə” haitili hücumçuyla gücləndi
Donald Gerye “Qarabağ”dan getdi
"Qarabağ"da mərakeşli müdafiəçi

Ölkə futbolu

"Qəbələ" Polşada 9-cu oldu

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandasının qatıldığı Polşanın Krakov şəhərində keçirilən “Murapol Cup” turnirinə yekun vurulub.
 
Futbolxeber.az saytının məlumatına görə, yarışın ilk günündə öncə Polşa klubları ilə qarşılaşan "qırmızı-qaralar" "Yagelloniya"ya 0:1 hesabı ilə uduzsa da, ardınca "Lexiya" üzərində qələbə qazanıb - 2:0. Komandamızın qollarına Uğur Kişiyev və Hüseyn Xasməmmədli imza atıb. Hollandiya "Herenven"i ilə 0:0 hesablı heç-heçə edən Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda ABŞ təmsilçisi "Çikaqo İqls"ə məğlub olub. Qrup mərhələsinin son matçında İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gələn “Qəbələ” 0:2 hesabı ilə uduzub. Keçirdiyi 5 oyunda 4 xal toplayan “qırmızı-qaralar” qrup mərhələsini 5-ci pillədə başa vurub.
 
Turnirin həlledici günündə 9-12-ci yerlər uğrunda mübarizə aparan komanda öncə "Rux"la (Polşa) qarşılaşıb. Ayxan Əmiraslanlının fərqləndiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında qələbə qazanan “qırmızı-qaralar” 9-cu yer uğrunda görüşdə Polşanın digər təmsilçisi "Qurnik"ə qalib gəlib - 2:1. Hər iki qolu Həzrət Səmədov vurub. Yekunda “Qəbələ” “Murapol Cup” turnirini 9-cu pillədə başa vurub.
 
Komanda kuboka, baş məşqçi Şəhruz Mustafayev və futbolçu Rəsul Mirzəyev xüsusi mükafata layiq görülüb. Onlara mükafatları Polşa futbolunun məşhur simaları Miroslav Şimkovyak və Tomaş Frankovski təqdim edib.
 
Turnirin qalibi adını Kiyev "Dinamo"su qazanıb. Ukrayna təmsilçisi əsas vaxtı 1:1 hesabı ilə başa çatan finalda "ÇFR Kluj"a (Rumıniya) penalti seriyasında qalib gəlib. 3-cü pilləni yerli "Yagelloniya" tutub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31