19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Lobotka topu götürüb qapıya doğru gedir, millimizin üzvləri çəkilir kənara, niyə?"

“Deyiləsi nə varki deyim? Hər şey göz qabağındadı. Son iki oyun sadəcə olaraq bərbad. Danışılası da deyil. 1-2 futbolçunu çıxmaq şərtilə, ümumi komandada mübarizə yox idi. Görünmürdü ki, hansısa futbolçu bacarığından daha yüksək oynayır".
 
Bu sözləri Futbolxeber.az saytına açıqlamasında Azərbaycan milli komandasının formasını geyinmiş Ramazan Abbasov deyib.
 
O, millimizin Macarıstan və Slovakiya ilə oyunlardakı istəksiz, uğursuz çıxışı haqda danışıb: "Millidə böyük rəqabət olmalıdı. Bizim çempionatımızda 15-20 yerli oyunçumuz var ki, milli səviyyəsindədi. Mütəmadi olaraq da onlar dəvət edilir. Çempionatımızda 14-16 komanda olsa, yerlilər daha çoxluq təşkil eləsə heyətdə, gənclərimiz də xarici komandalara üz tutmalıdı, inkişaf etməlidi. O zaman millidə rəqabət olacaq. Nə qədər ki, millidə rəqabət olmayacaq belə də davam edəcək.Slovakiya ilə oyunda buraxdığımız birinci qola baxsaq, hər şey aydın görünür. Lobotka topu mərkəzdən götürüb, görünür ki, qapıya doğru irəliləyir, bir nəfər onu qarşılamadı. Millimizin oyunçuları kənara çəkilir. Niyə? İstəkdən irəli gələn şeydi. Əgər Lobotkanın qarşısını ortada alsaydılar, birinci qol tez olmazdı. Tez də olmasaydı, böyükhesablı məğlubiyyət olmazdı. Ən azından mübarizə aparmaq lazım idi. Ancaq futbolçularımızda həmin mübarizə əzmi görünmədi".
 
Abbasovun sözlərinə görə, U-21 yığmamız da gələcəyə ümid vermir: "Hazırda əsas milliyə namizədlər U-21 yığmamızdakı oyunçulardı. Həmin yığma isə gedib Lixtenşteynə uduzur. İndi fikirləşin, həmin oyunçular 1-2 ildən sonra əsas millimizdə oynayacaqlar. Əgər U-21 Lixtenşteynə uduzursa, millimizin gələcəyi necə olacaq? Ən azından aşağı yaş qrup yığmalarımız yaxşı nəticə göstərməlidi ki, gələcəkdə yaxşı olsun. Ancaq indi Avropanın ortabab komandaları ilə bacara bilmirik. O da yerli uşaqların, çempionatda komandaların az olmasından irəli gəlir. Çempionatda 8 komandanın içindən 15-20 azərbaycanlı varsa, bu millidən nə gözləmək olar?"
 
"Ayrı-ayrılıqda oyunçuların adını çəkə bilmərəm. Ümumilikdə, komanda şəklində istək az idi. Kimisə sırf zəif oyununa görə günahlandırmaq olmaz. Hiss olunur ki, komandada əzmkarlıq aşağı səviyyədədi. Onun nədən irəli gəldiyini bilmirəm. Bunu komandanın içində olanlar bilər. Ümid edirəm ki, millimiz gələcəkdə yaxşı nəticələr göstərər. Aşağı yaş qruplarındakı yığmalarımız inkişaf etməsə, gələcəkdə əsas millimizin nəticə verməsi mümkün deyil. Əgər bugünki gündə Lixtenşteynə uduzurqsa, həmin uşaqlar əsas milliyə gələndən sonra hansı nəticəni verəcək" - deyə, Ramazan Abbasov fikirlərini yekunlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31