19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Kuboku Tale Heydərova həsr edirik”

Azərbaycan Kubokunun final qarşılaşmasında “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazanaraq Avropa Liqasına vəsiqəni də təmin edən “Qəbələ”nin məşqçisi Zaur Həşimov mətbuat konfransı keçirib. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, gənc mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.

- Sevinirik ki, neçə illik həsrətə son qoyduq. Kuboku Tale Heydərova həsr edirik. Uşaqlar məsuliyyəti dərk etdilər və məqsədlərimizi həyata keçirdilər. İqlim elə idi ki, boğulmalar olurdu. Söhbət hər iki komandadan gedir. Qəbələ camiəsini bu tarixi qələbə münasibəti ilə təbrik edirəm.

- Qol erkən gəldi. Ancaq bundan sonra daha çox müdafiədən oynadınız…

- Oyunun sonlarında geri çəkildik. Rəqib bizi müdafiəyə çəkilməyə vadar etdi.

- Fasilədə nəyi müzakirə etdiniz?

- On dəqiqə ərzində kəlmə də kəsmədik. Boğulmalara görə ancaq su içirdilər. Əsas tapşırıq isə o oldu ki, son 45 dəqiqə həyati önəm kəsb edir.

- Avroliqa planları necədi?

- Hələ ki, heç bir plan tərtib olunmayıb.

- Kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilərmi?

- Birmənalı şəkildə Kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilər! Buna böyük ümidimiz var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31