26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Daliç: "Azərbaycanla oyunda ciddi problemimiz olmayacaq"

"Hər şey bizim meydandakı mübarizəmiz və göstərəcəyimiz oyundan asılı olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yerli mətbuata açıqlamasında deyib.

Martın 21-də Avro-2020-nin seçmə mərhələsinin ilk turunda Zaqrebdə Azərbaycanla keçiriləcək oyunöncəsi heyətlə bağlı problemlərdən danışan mütəxəssis itkilərin onu narahat etmədiyini bildirib:

"Düşünürəm ki, bizim keyfiyyətli komandamız var. Əgər oyuna ciddi yanaşsaq, düşünürəm ki, böyük problem olmayacaq. Bütün stadion bizi dəstəkləyəcək. Sadəcə, azarkeşlərimiz biz qol vurana qədər səbrli olmalıdırlar".

Qeyd edək ki, millimizlə oyunöncəsi Xorvatiyanın heyətində ciddi itkilər var. Şimo Vrsalko, Marko Pyatsa, Yosip Privariçin zədə, Deyan Lovrenin isə cəza səbənindən komandamıza qarşı oynamayacağı dəqiqdir. Digər zədəlilər - İvan Ştriniç, Ante Rebiç və İvan Perişiçin isə meydana çıxamaları sual altındadır. Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30