26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Azərbaycanda sıradan oyun yoxdur"

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin "Sport-Ekspress" qəzetinə müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Azərbaycan çempionatının heç də zəif birincilik olmadığını qeyd edib: "Azərbaycan Premyer Liqasında 10 komanda 4 dövrədə oynayır. Bununla da, zəif komandalar kənarda qalıb və burada sıradan oyun yoxdur. Burada həm təbii, həm də sintetik qazonlarda oynayırıq. Ötən mövsümün güclüləri “Neftçi” ilə “Qarabağ” idi. Hazırda “Qəbələ” də onlarla birgə ilk 3 yeri bölüşdürür. "Qəbələ" ötən çempionatı 6-cı yerdə başa vurmuşdu, ancaq indi komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub. 10 yeni futbolçu götürmüşük. Bunlar əsasən gənc, perspektivli futbolçulardır. Donetsk “Metallurq”undan dəvət olunan braziliyalı Leonardo, hollandiyalı Ebeselio özünü yaxşı göstərir. Sonuncu “Ayaks” məktəbini keçib. Həmçinin, rusiyalı azarkeşlərə “Kuban”dan çıxışı ilə tanınan nigeriyalı Afolabi yaxşı təsir bağışlayır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30