19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Bordin: “Hazırkı heyətdən razıyam”

"Neftçi"nin baş məşqçisi Roberto Bordin klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən italiyalı mütəxəssis azarkeşlərə səslənib.

- Təlim-məşq toplanışından razı qaldınızmı?

- Taktiki-texniki planda etmək istədiklərimizin hamısını həyata keçirdik. Komandamdan razıyam. Düzdür, bəzi futbolçuların yüngül zədələrinə görə kiçik problemlər vardı. Bununla belə, həmin oyunçuları ayağa qaldıra bildik. Təbii ki, üç yoxlama oyunu keçirmək bizim üçün çox vacib idi. Təlim-məşq toplanışından tam razı qaldım.

- Yeni transferlər - Mamadu Mbodj və Vanqelis Platellasın oyunu sizi qane edirmi?

- Bəli. Bu futbolçuları, xüsusilə də Mamadu Mbodju əvvəldən izləyirdik. Sonra o, komandamıza qoşulub, müdafiə xəttimizi gücləndirdi. Vanqelis Platellasa gəlincə, yunanıstanlı hücum xəttimizi gücləndirəcək keyfiyyətdə olan futbolçudur. Bunlardan əvvəl isə Mamadu Kane heyətə cəlb olunmuşdu. Digər iki oyunçu kimi, onun da gəlişinə şadıq. Bu futbolçuların oyunları bizi sevindirir. Ümid edirəm ki, yeni transferlər komandaya kömək etmək üçün rəsmi oyunlarda özlərini daha da yaxşı tərəfdən göstərəcəklər.

- Yoxlama görüşlərində Əli Şirinov, Rəhman Daşdəmirov, Mirkamil Əliyev kimi gəncləri meydana buraxdınız. Onlara çempionat oyunlarında da şans verəcəksiniz?

- Bunu zaman göstərəcək. İndi bu haqda danışmaq tezdir. Əsas odur ki, onlar yaxşı hazırlıq keçdilər, ümumi məqsədimizə çatmaq üçün mənə və komandaya kömək etdilər.

- Kvame Karikarinin icarəyə verilməsindən sonra hücumçu transferi reallaşmasa, bunu ciddi problem kimi qiymətləndirmək olar?

- Əvvəla onu deyim ki, hazırkı heyətdən razıyam. Kifayət qədər yaxşı futbolçularımız var. Karikarinin gedişini bir tərəfdən itki saymaq olar. Çünki bizə köməyi dəyirdi. Amma digər tərəfdən təəssüf ki, bəzi hallarda komandada öz yerini tuta bilmədi. Ona görə özü də vəziyyəti dəyişmək qərarına gəldi. Hücum xəttinə gəlincə, Vanqelis Platellas yaxşı futbolçu keyfiyyətlərinə malikdir. Bununla belə, Mbodj və Platellasdan sonra heyətə daha bir futbolçu cəlb edə bilsək, daha yaxşı olar. Amma cəlb edə bilməsək, dediyim kimi, hazırkı heyətdən razıyam.

- "Neftçi” son rəsmi matçlarına böyük azarkeş dəstəyi olmadan çıxmışdı. Qarşıdan isə çempionluq uğrunda əsas rəqiblərdən olan "Qarabağ”la oyun gəlir. Azarkeşlərimizə nə demək istərdiniz?

- Azarkeşlərimizin dəstəyi bizim üçün çox vacibdir. Çünki onlar həmişə bizə sonadək mübarizə aparmaq üçün lazım olan gücü, enerjini veriblər. Çox ümid edirəm ki, azarkeşlərimizin də dəstəyi ilə "Qarabağ”la matçda yaxşı oyun göstərib, istədiyimiz nəticəni əldə edəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31