26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Miçel: “Bizi çox çətin və vacib oyun gözləyir”

“Bilirik ki, bizi çox çətin və vacib oyun gözləyir. Rəqib barədə yüksək fikirdəyik. Oyunlarını izləmişik, yaxşı komandadır. İlk iki oyunda uduzsalar da, rəqiblərinə çətin anlar yaşadıblar. Biz də özümüzə güvənirik. İnanırıq ki, müsbət nəticə qazanacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah "Vorskla" ilə Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında  deyib.

Rəqibi yaxşı təhlil etdiklərini bildirən ispaniyalı yarımmüdafiəçi meydana müsbət nəticə üçün çıxacaqlarını əlavə edib: "Rəqibin oyunlarının videolarını izləmişik, kompakt komandadır. Hücumameyilli oyunçuları sürətlidir. “Arsenal”a görüşdə 4 top fərqi ilə geridə olsalar da, 2 qol vura bilmişdilər. Həm avrokubokda, həm də daxili çempionatda asan rəqib yoxdur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30