19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Gerrye: "Arsenal"la oyuna çıxıb, var gücümüzlə vuruşacağıq"

“Çətin oyun oldu ancaq biz əlimizdən gələni etdik. Bəlkə də bu gün bizim günümüz deyildi. Bu məğlubiyyət dünyanın sonu deyil. Belə matçlar bizim üçün yaxşı təcrübədi”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Donald Gerrye Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə səfərdə 0:2 hesabıyla uduzduqları oyundan sonra deyib.
 
Haitili müdafiəçi meydanda özünəinamlı çıxış etdiyini deyib: “Bu gün meydanda özünəinamlı olduğum doğrudur. Məncə, bu, yaxşı xüsusiyyətdir. Baş məşqçimiz də məşqlərdə ustalığımı artırmaqda mənə çox kömək edir. Elə anlar olur ki, yaxşı oynayıram. Amma əsas məsələ komandamın qalib gəlməsidi. Komanda qalib olanda da, məğlub olanda da birlikdə olur. Futbol səhvlər üzərində qurulub. Etdiyimiz səhvlər bizi daha da öyrənməyə, növbəti matçlarda bunu təkrarlamamağa kömək olur. Artıq qarşıdakı matçlara köklənməliyik”.
 
Gerrye qrup mərhələsinin “Arsenal”la oyunu haqda da danışıb: “Arsenal”la oyuna çıxıb, var gücümüzlə vuruşacağıq. Biz demirik ki, qələbə qazanacağıq. Ancaq bunu deyim ki, meydanda təslim olan komanda görməyəcəksiz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31