20 Fevral 2019, Çərşənbə
AFFA-dan "Səbail"ə 2400 manatlıq cərimə
UEFA-dan hakimlərimizə dəvət
"Sumqayıt"ın üzvü "BFC Dugavlips"də
Etopaz-da bu gün 24 canlı oyun

Ölkə futbolu

"Zirə" tanınmış klublarla oynayacaq

Yay təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Bolu şəhərində keçirəcək “Zirə”nin qonşu ölkədə planlaşdırılan yoxlama oyunlarındakı rəqiblərinin üçünün adı məlum olub.
 
Futbolxeber.az saytının məlumatına görə, iyulun 19-da səfərə çıxacaq komanda ilk görüşünü bir gün sonra Qətərin yüksək liqa təmsilçisi “Əl-Xaritiyah” klubuna qarşı keçirəcək.
 
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bundan başqa daha 3 görüşə çıxacaq. Belə ki, “qartallar” iyulun 23-də Türkiyə Super Liqa təmsilçisi “Osmanlıspor”, 27-də isə qardaş ölkənin 1-ci liqa təmsilçisi “Əskişəhərspor”la qarşılaşacaq.
 
Həmçinin, iyulun 30-da komanda daha bir yoxlama matçına çıxacaq. Bu oyundakı rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.
 
“Zirə” avqustun 1-də Bakıya qayıdacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28





Click to Visit