20 Iyun 2018, Çərşənbə
Ansi Aqolli: “Rəqibimiz güclüdür”
"Bizə gözlənilməz rəqib düşdü"
"Qarabağ"ın rəqibini tanıyaq
"Qarabağ"ın ÇL-dəki rəqibi bilindi

Ölkə futbolu

"Sumqayıt"ın yeni transferi: "Əlimdən gələni edəcəm ki..."

“Sumqayıt”dan təklif gəldi, oturduq danışdıq. Düzdü başqa təkliflərim də var idi. Ancaq elə alındı ki, seçimimi “Sumqayıt”dan yana etdim”.

Bunu Futbolxeber.az saytına açıqlamasında Şəhriyar Əliyev deyib.

Ötən mövsümü “Kəpəz”də keçirən müdafiəçi iki gün öncə “Sumqayıt”la müqavilə imzaladı. Əliyev “Sumqayıt”da uğurlu nəticələr qazanaraq, milli komandaya da dəvət olunmaq barədə düşünür:

“Bayaq da dediyim kimi başqa təkliflərim də var idi. Ancaq “Sumqayıt”la razılaşdıq. Ümid edirəm ki, yeni klubum uğurlu olar. Hər klub yaxşı nəticələr qazanmaq istəyir. Biz də həmçinin. İnanıram ki, qarşıdakı mövsümün sonunda Avropa Liqasına vəsiqəni qazanacağıq. Rəqabət olmayan yerdə heç vaxt artım ola bilməz. Biz bir ailəyik, istəyirik ki, hamımız komandaya xeyirli olaq. “Sumqayıt”da əlimdən gələni edəcəm ki, milli komandaya da dəvət alam”.

“Mən “Bakı”nın əvəzedici heyətinə ilk dəfə Nazim Süleymanovun rəhbərliyi altında oynamışam. Hərbçilərin dünya çempionatında da Nazim müəllimlə işləmişəm. Hamı istəyir ki, komandaya xeyir versin. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq” - deyə, Şəhriyar Əliyev fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30





Click to Visit