26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tərlan Əhmədov: “Komandadakı qruplaşma hələ də qalır”

“Oyunun ağır olacağını bilirdik. Amma Gəncəyə 3 xal dalınca gəlmişdik. Bakıdan bura gələn azarkeşlərimizə təşəkkür edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 9-cu turunda səfərdə “Kəpəz”ə qalib gəldikləri oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

- Bu gün cinahlar yaxşı işləmirdi və qol epizodları boşa verilirdi. Demək olar ki, bu iki məqam “Neftçi” Gəncədə böyükhesablı qələbə qazanmasına mane oldu?

- Düzdür, cinahların çıxışı tam xoşuma gəlmədi. Birinci hissədə yaradılan epizodları qola çevirsəydik, tamam fərqli oyun olardı. Bəlkə də, bunu gözləyirdim. Çünki bir matç digərinə bənzəmir. Görüşdən əvvəl də həyəcanlı olduğumu demişdim.

- Hakimlik haqda nə deyə bilərsiz?

- Hakimlər haqda bir sözüm yoxdu. Onlar da insandı, səhvləri olur. Amma nə bizə, nə də “Kəpəz”ə qarşı haqsızlıq oldu. Etiraz bildirə bilmərəm.

- Derlis Meza Kollisiz orta xətt necə çıxış etdi?

- Onun yoxluğu böyük problem yaratdı. Meza Kollinin Rəşad Sadiqovla tandemi yüksək səviyyədədi. Bir-birlərini gözəl başa düşürlər. Onun yoxluğu bizim işimizi bir qədər çətinləşdirdi. Bununla belə, əlimdəki materialdan maksimum istifadə etməyə çalışıram.

- Nə etmək lazımdır ki, “Neftçi”nin qələbə seriyası davamlı olsun?

- Məni ən çox narahat edən məqam komandanın 90 dəqiqə ərzində sürətli futbol oynamamasıdı. Komanda cəmi bir neçə dəqiqə ərzində yüksək temp nümayiş etdirir. Bu, təkcə fiziki durumla bağlı deyil, psixoloji məqam da var. Çempionatın elə bir dövrüdü ki, futbolçulara çox yükləmə vermək olmur. 21 futbolçumuz var. Hamısını eyni anda psixoloji cəhətdən hazırlamaq da çətindi. Problem fiziki və psixoloji durumdadı. Bu futbolçularla nəyəsə nail olmaq olar. Amma zamana ehtiyac var. Mən gələndə deməmişəm ki, bütün oyunlarda qələbə qazanacam. “Qarabağ” və “Qəbələ” ilə görüşlərdə də komandanı 3 xala kökləyəcəm.

- Komandada əvvəl futbolçular arasında qruplaşmanın olduğunu bildirmişdiniz. Bu problemi aradan qaldıra bildiniz?

- Bəli, komandada qruplaşma var idi. Buna görə də mən gələndə əvvəlcə bütün komanda üzvləri ilə iclas keçirdim. Sonra yerliləri ayrı, legionerləri ayrı bir yerə topladım. Sonra da ayrı-ayrılıqda söhbətlər apardım. Vəziyyət yaxşıya doğru dəyişdi. Amma bugünkü oyun göstərdi ki, komandadakı qruplaşma hələ də qalır. Tam bitməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30