9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

“Qarabağ”ın yeni hədəfi: İran millisinin hücumçusu

“Transfer pəncərəsi”nin son günündə fəallığını artıran “Qarabağ” hücum xəttini gücləndirməkdə israrlıdı.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu ölkədə çıxış edən daha bir oyunçunun keçidini həll etmək niyyətindədi.
 
PAOK-un yarımmüdafiəçisi Pedro Enrikeni icarəyə götürməyə hazırlaşan Azərbaycan çempionu “Olimpiakos”un hücumçusu Kərim Ansarifard üçün də qarşı tərəflə danışıqlar aparır.
 
Klubunda əsas heyətə düşə bilməyən 27 yaşlı forvard özü də bu keçidin tərəfdarıdı. Çünki Ansarifard gələn il keçiriləcək dünya çempionatında İran millisinin düşərgəsinə hazır yollanmaq istəyir. “Qarabağ” Pedro kimi, onu da icarəyə götürmək niyyətindədi.
 
Qeyd edək ki, “Olimpiakos”a bu ilin yanvarında “Panionios”dan keçən Kərim Ansarifardın klubla müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31