12 Dekabr 2019, Cümə axşamı
“Qəbələ”nin qapıçısına sərt cəza
Özbəkistanlı yarımmüdafiəçi "Keşlə"də
Məmmədov Dadaşlinskinin qonağı oldu
"Neftçi"nin 5 üzvü rəmzi komandada

Ölkə futbolu

“Kopenhagen”in baş məşqçisi: “Narazıyam”

“Nəticədən narazıyam. Oyunun 30 dəqiqə ürəyimcə olmadı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kopenhagen”in baş məşqçisi Stole Solbakken  Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

- “Qarabağ”dan belə oyun gözləyirdiz?

- Bəli. İlk 60 dəqiqədə bərabər oyun getdi. Son 30 dəqiqə “Qarabağ”ın üstünlüyü vardı. Nəticə bizim üçün yaxşı deyil. Bu nəticədən sonra “Qarabağ” az da olsa favoritdi. Amma cavab oyunda ilk qolu biz vursaq, vəziyyət dəyişə bilər.

- Aqressiv görünürdünüz.

- Yox, aqressiv deyildim.

- Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?

- “Qarabağ” cavab oyununda qol vursa, daha yaxşı üstünlük əldə edəcək. Amma buna imkan verməməyə çalışacağıq.

- “Qarabağ” azarkeşləri möhtəşəm idilər. Sizcə, pley-offa layiq atmosfer oldu?

- Əlbəttə, bu, böyük oyun idi. Azarkeşlərin dəstəyi hiss olunurdu. Məncə, “Qarabağ” onların sayəsində qələbə qazandı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31