26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Futbolçusu qırmızı vərəqə alan komanda meydançanı tərk etdi – Azərbaycanda

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az xəbər verir ki, toplantıda iki kluba texniki məğlubiyyət verilib.
 
(19 aprel 2017-ci il) U-14 Liqasında UGİM (Mingəçevir) – “Xəzər Lənkəran” FK matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
(22 aprel 2016-cı il) futzal üzrə Azərbaycan birinciliyinin “Qarabağ” – İFFA matçının 23-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Hüseyn Axundov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Oyunun 24-cü dəqiqəsində qonaq komandanın futbolçusu İlkin Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Oyunun 28-ci dəqiqəsində yenə qonaq komandanın futbolçusu Fuad Cəfərov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Oyunun 28-ci dəqiqəsində qonaq komanda qırmızı vərəqə aldıqdan sonra meydançanı tərk etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30