26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Subotiç: “Hesab 6:1 olmalıydı”

“Qəbələ”nin hücumçusu Daniel Subotiçin Futbolxeber.az saytına müsahibəsi

- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında səfərdə “İnter” üzərində 3:1 hesablı qələbə qazandınız. Bu nəticəni necə şərh edə bilərsən?

- Komandamızın çıxışından tam razıyam. Sadəcə, qol epizodlarının bir çoxunu boşa verməyimizdən narazı qaldım. Xüsusən də sona yaxın ardıcıl şansları boşa verdik. Halbuki sonda hesab 6:1 olmalıydı. İstənilən halda, qələbəyə çox şadıq. Çempiontda əvvəlcə “Neftçi”yə uduzduq, sonra AZAL-la görüşdə xal itirdik. Bu dəfə qalib gəlməyimiz çox yaxşı oldu.

- İlk penalti epizodunda sanki zərbəni yetirmək üçün Ozobiçlə aranızda dialoq oldu. Nəsə anlaşılmazlıq var yaranmışdı?

- Xeyr, heç bir problem olmayıb. Sadəcə aramızda qısa danışıq oldu. Ozobiçlə dostuq, özü də tək meydanda yox, həyatda da. Odur ki hər hansı problem ola bilməz

- Özün də qeyd etdin ki, çemponatın son turlarında “Neftçi”yə uduzdunuz, AZAL-la görüşdə qələbəni əldən verdiniz. “İnter”lə matçda isə daha inamlı “Qəbələ” gördük. Qısa müddətdə komandada nə dəyişdi?

- AZAL-a qarşı da yaxşı oynamışdıq. Sadəcə yaxaladığımız qol epizodlarını dəyərləndirə bilməmişdik. Həmin matçda əsas problemimiz bu idi. “İnter”lə görüşdə isə epizodları daha çox qola çevirdik. Amma yenə də qaçırdığımız şansların da sayı çox idi.

- “Qəbələ”nin artıq finalda olduğunu söyləmək mümkündür?

- Kubok oyunlar başqa cür olur. Qarşıda hələ 90 dəqiqə var. Hər şey mümkündür. Təbii ki, çalışacağıq ilk oyunda qazanılan üstünlüyü qoruyaq və finala yüksələk.

- Finalda hansı komandanı rəqib qismində görmək istərdin?

- Əsas finala yüksəlməkdir. Rəqibin kimliyi vacib deyil. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30