26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rövnəq Abdullayev: “Almaniya bizim oyun sirlərimizi öyrənəcəkdi?”

"Futbolçularımızı təbrik edirəm. Yaxşı oyun sərgilədilər". Futbolxeber.az saytının məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
 
O, Azərbaycan milli komandasının martın 9-da Dohada keçirilmiş yoldaşlıq görüşündə Qətər yığması üzərində 2:1 hesablı qələbəsini şərh edib: "Düzdü, oyunu yayımlamaq imkanı olmadı. Bu, Qətərin istəyi ilə baş verdi. Bizdən asılı deyildi. Yığmamızın oyunumuzu kim izləyəcəkdi ki? Almaniya? Onlar bizim oyun sirlərimizi öyrənəcəkdilər? Qətər tərəfi belə istəyibsə, problem yoxdu. Millimiz normal çıxış etdi. Yəqin ki, oyunun videoyazısını göstərərlər".
 
Abdullayev Almaniya ilə martın 26-da Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq barədə də danışıb. O, hazırlıq prosesinin qaydasında getdiyini açıqlayıb: "Görək, necə olacaq. Hər şey mümkündü. Top yumru, meydan düzdü". 
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya görüşü saat 20:00-da başlanacaq. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30