26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Əgər, "İnter"lə oyunda topu özümüzdə saxlaya bilsək..."

Bu gün Avroliqanın ilk təsnifat mərhələsi çərçivəsində Bakıda "İnter"in qonağı olacaq "Mariehamn"ın qapıçəsə Peter Enkelman qarşıdakı görüş haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, 36 yaşlı əlcək sahibi Bakı şəhəri haqda da xoş sözlər deyib: "Avroliqada oynamaq klub üçün uğurdur. Futbolçuların əksəriyyəti Avroliqada heç oynayıb və bugünkü oyun bizim üçün böyük hadisədir. Bakı Türkiyə kimi Avropanın cənubunda yerləşir. Burada böyük köhnə yollar var. Ancaq şəhərdə yenidənqurma işləri gedir. Bakı milyonlar şəhəridir və bunu canlı görmək çox xoşdur. Bəzi futbolçular elə hava limanında müsahibə verdilər. Bizə qarşı münasibət yaxşı idi. Daha sonra polisin nəzarəti ilə hava limanından Bakının boş küçələrindən keçərək qalacağımız otelə yollandıq. "İnter"in oyunlarının videoyazılarını izləmişik. Artıq rəqibin necə oynadığından xəbərimiz var. Ancaq oyun ərzində də onların oyununa diqqət yetirməliyik. Öz oyunumuza gəldikdə isə səhvlərimizi aradan qaldırmalı və müdafiədə sərt oynamalıyıq. Topa ələ keçirdikdə mümkün qədər onu özümüzdə çox saxlamalıyıq. Əks təqdirdə "İnter" bizə çətin anlar yaşadacaq. Əgər topu özümüzdə saxlaya bilsək, yaxşı nəticəyə ümid etmək olar".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30