25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi” fanatlarından Adil Şükürova atmaca

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçirilir. 
 
Futbolxeber.az-ın məlumatına görə, günü n son matçında “Neftçi” doğma meydanda “Zirə”ni qəbul edir. Hazırda “Bakcell Arena”da keçirilən və 1:1 hesabı ilə davam edən matçda maraqlı hadisə yaşanıb. 
 
Belə ki, ev sahibi komandanın azarkeşləri rəqib baş məşqçi Adil Şükürova söz atıb. Onlar “Adil Şükürov dördünü vursana, Adil qol, qol, qol…” deyərək mütəxəssisin ilk matçdan sonrakı açıqlamasına işarə vurublar. 
 
Qeyd edək ki, bu mərhələnin ilk matçında “Neftçi” rəqibini 3 cavabsız qolla məğlub edib. Şükürov isə oyunsonrası mətbuat konfransında “Bu qədər qol epizodunun qarşısında "Neftçi"ni keçməmək günah olardı. Cavab oyununda 4 qol vuracağımıza inanıram” demişdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30