26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qriqorçuk: “Yaxşı oyun göstərməsək də, qalib gəldik”

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” - “Zaqatala” oyunundan sonra (2:2, pen.4:1) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis komandasının çətin qələbəsini belə şərh edib:

“Qarşılaşmadan əvvəl futbolçularıma demişdim ki, bu rəqib Premyer Liqada da oynamaq gücündədir. Rəqib komandanın futbolçularının bizə çətinlik yaratmaq iqtidarında olduğunu da bilirdik. Bu üzdən də arxayınlıq və motivasiyanın aşağı olmasına imkan verə bilməzdik. Lakin oyun göstərdi ki, bütün bunlardan qaça bilməmişik. Yaxşı oyun göstərməsək də, qalib gəldik. Bu çox yaxşı oldu. Həm də qarşıdakı oyunlar öncəsi futbolçularımızın indiki durumu haqda məlumat əldə etdik. Bu da bizim üçün qiymətlidir.

“Qarabağ”la oyundan sonra futbolçular ağır durumda idi. Onların nələr yaşadığını, necə stressdə olduğunu görürdük. Komandanın emosional durumunu, özünəinamını yüksək səviyyədə saxlamaq üçün əlimdən gələni etdik. Lakin görünür ki, hələ də bu yöndə çalışmalıyıq. İlk növbədə baş verənləri unutmalıyıq. Oyunumuzun o qədər də yaxşı alınmaması bəzi az şans qazanan futbolçuların heyətdə olması ilə bağlı deyil. Düzdür, bu mənim görmək istədiyim futbol deyil. Amma onlara yenə şans verəcəyik. Ümid edirəm ki, növbəti şansdan onlar maksimum yararlanacaqlar". 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30