21 Avqust 2019, Çərşənbə
Xanım Dabo da Bordindən narazıdı
İlqar Qurbanov “Sumqayıt”la anlaşdı
“Qarabağ” çox yaxşı komandadır”
"Səbail" "Zirə"yə qalib gəldi

Ölkə futbolu

Zaur Svanadze: “8:0 hesabı ilə başa çatan oyunun nəyini təhlil edək?”

“Çətin oyun oldu. Bilirdik ki, “Neftçi” böyük hesablı məğlubiyyətdən sonra var qüvvəsiylə mübarizə aparacaq. Buna baxmayaraq, görüşə yaxşı başlasaq da, sonradan oyunumuz alınmadı. Yalnız qoldan sonra özümüzə gəldik. Son dəqiqələrdə yaxşı təsir bağışladıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın V turunda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Gürcü mütəxəssis rəqibin əvvəlki oyununu analiz etmədiklərini bildirib: “Düşünmürəm ki, komandam oyuna arxayın çıxsın. Fasilədə futbolçulara lazımı göstərişlərimizi verdik. “Neftçi”nin “Qəbələ” ilə deyil, əvvəlki görüşlərinə baxmışdıq. 8:0 hesabı ilə başa çatan oyunun nəyini təhlil edək?”

“İnter”in qapısına təyin olunan penalti epizodunu şərh etməyən Svanadze, heyətdəki zədəlilərdən də söz açıb: “Ruslan Abışov və Nizami Hacıyev oyuna sonradan qoşuldu. Onlar hələ tam hazır deyillər. İlkin Qırtımov oyundan öncə ayağında ağrı olduğunu dedi. Buna görə, onu da ehtiyatda saxladım”.

Paytaxt klubunun çalışdırıcısı “Neftçi” ilə görüşdə dubl edən Rauf Əliyevin oyununda da danışıb: “Bilirdik ki, Raufun son vaxtlar oyunu alınmır. Ancaq biz ona dəstək olduq. Bunun da nəticəsini bu gün gördük. İnanıram ki, o, bu oyununu davam etdirəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31