19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ” Ukraynaya yollanır

“Qəbələ”nin Topaz Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı dəqiqləşib. Futbolxeber.az saytının məlumatına görə, UEFA Avropa Liqasının pley-off mərhələsinin “Maribor”la (Sloveniya) avqustun 25-də səfərdə keçirilən cavab oyunundan (0:1) sonra istirahətə buraxılan futbolçular ayın 31-də bir araya gələcək. “Qırmızı-qaralar” həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Odessa şəhərində hazırlıq keçəcək komanda sentyabrın 7-dək bu ölkədə qalacaq. Roman Qriqorçukun yetirmələri toplanış müddətində “Çernoye More” otelində məskunlaşacaq. Hazırlıq prosesi çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Sentyabrın 4-də baş tutacaq qarşılaşmadakı rəqibin adı hələ dəqiqləşməyib. “Qəbələ” təlim-məşq toplanışını tam heyətlə keçirməyəcək. Milli komandaların düşərgəsində olan futbolçular - Sergey Zenyov Estoniya, Nika Kvekveskiri Gürcüstan, Teo Uiks Liberiya yığmasının düşərgəsində olduğu üçün hazırlıqlarda iştirak edə bilməyəcək. Azərbaycan millisinin heyətində olan Məhəmməd Mirzəbəyov, həmçinin U-21 yığmasının toplanışına qatılan Elvin Camalovla Sadiq Quliyev də Ukrayna səfərində iştirak etməyəcək.

Xatırladaq ki, “qırmızı-qaralar” yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 10-da keçirəcək. “Qəbələ” Topaz Premyer Liqasının IV turunda səfərdə “Neftçi” ilə görüşəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31