26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Hava necə idisə, oyun da elə alındı”

Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasında "Qəbələ" ilə qolsuz bərabərliklə nəticələnən görüşdən sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, gürcü mütəxəssis ilk olaraq oyunu dəyərləndirib.

- Hava necə idisə, oyun da elə alındı. Hər iki komanda aşağı tempdə oynadı. İkinci hissədə yaxşı təsir bağışladıq. "Qəbələ” yaxşı komandadı. Avropa Liqasında onlara uğurlar arzulayırıq. Qarşıdakı oyunlara köklənəcəyik.

- Sizcə, nəticə oyuna görə oldu?

- Rəqib ərazi üstünlüyünə malik olsa da, o qədər də təhlükəli vəziyyətlər yaratmadılar. Məncə, nəticə oyuna görə oldu.

- "İnter”i çempionluğa namizədlərdən hesab etmək olar?

- Hələ ki, çempionatın əvvəlidir. Bu barədə nəsə demək çətindir.

- Sizcə, "Qarabağ”a qarşı oynamaq daha çətin idi, yoxsa "Qəbələ”yə?

- İstəməzdik ki, ilk iki turda bu komandalara qarşı oynayaq. Hər iki komandaya qarşı oynamaq çətindir.

- Ağabala Ramazanov epizodların birində Ürfan Abbasovu vursa da, hakim bu epizodu görmədi. Onun bu hərəkətinə münasibətiniz necədir?

- Həmin epizodu görmədim. Təkrara baxdıqdan sonra fikir bildirə bilərəm. Təbii ki, rəqibi vurubsa, onunla söhbət edəcəyik.

- Penalti epizodu barədə nə deyə bilərsiniz?

- Həmin epizoda çox uzaq idim. Buna görə, dəqiq bir şey deyə bilməyəcəm (sportnet.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30