26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Cavid Hüseynov: “Bütün Azərbaycan günahsız olduğumu bilir”

Hazırda həbsdə olan “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun işi üzrə məhkəmə prosesi bu gün Bakı Appelyasiya Məhkəməsində davam etdirilib. Futbolxeber.az saytının məhkəmə prosesində iştirak edən əməkdaşının verdiyi məlumata görə, proses nəzərdə tutulandan 1 saat 45 dəqiqə sonra başlayıb.

20 dəqiqə davam edən məhkəmə prosesində əvvəlcə Cavid Hüseynovun vəkili Adəm Məmmədov çıxış edib. O, hüquqlarını qoruduğu şəxsin günahsız olduğunu, barəsində qəbul edilən 4 illik həbs cəzasının absurd olduğunu bildirib. Adəm Məmmədov məhkəmədən Cavid Hüseynovun bəraətini xahiş edib.

Daha sonra söz Cavidin yeni vəkili, onun hüquqlarını qoruyan ikinci şəxs İlqar Musayevə verilib. O, Adəm Məmmədovun dedikləri ilə tam razı olduğunu və hüquqlarını qoruduğu şəxsin bəraətini istəyib.

Sonra söz Cavid Hüseynova verilib: “Vəkillərin dedikləri ilə tam razıyam. Mən də məhkəmədən bəraətimi xahiş edirəm. Bütün Azərbaycan günahsız olduğumu bilir”.

Yekunda hakim məhkəmə prosesinin avqustun 19-na təxirə salındığını açıqlayıb  

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30