26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Kəpəz” boyundan yuxarı tullandı (QEYD)

Cari mövsüm ölkəmizi avrokuboklarda təmsil edən klublardan biri - “Kəpəz” artıq qitə kuboklarında mübarizəni dayandırdı. Avroliqanın ilk təsnifat mərhələsində “Daçiya”nı üstələyən Gəncə klubunun “Admira”ya gücü çatmadı. Əslində, “Kəpəz”in heç Moldova klubuna da keçəcəyinə inam çox deyildi. Şəxsən mən gəncəlilərin “Daçiya” ilə bacarmayacağını proqnozlaşdırırdım. Hətta “Admira” ilə oyundan öncə keçirilən mətbuat konfransında Şahin Diniyev zarafatca “İbrahim bizim “Daçiya”nı keçəcəyimizə inanmasa da, hamıdan birinci məni o təbrik etdi” dedi. “Kəpəz” klubuna da, Şahin Diniyevə də hörmətim sonsuzdur. Amma yenə də fikrimdə qalıram ki “Daçiya” da “Kəpəz”dən üstün idi. Sadəcə olaraq, Gəncə təmsilçisi həmin gün qələbəni rəqibdən daha çox istəmişdi və layiqli şəkildə mərhələ adlamışdı...

“Kəpəz”də bu gün maddi baxımdan vəziyyətinin ürəkaçan olmadığı məlumdur. Ölkənin ən yaxşı adlandıra biləcəyimiz yerli futbolçuları Gəncə klubundan uzaq gəzirlər. Komandaya cəlb olunan legionerlərin də aylıq qazancı ən yaxşı halda 4 rəqəmli məbləği keçmir. “Kəpəz” Gəncəni təmsil etsə də, Nizami Yurduna yalnız oyundan oyuna yollanır. Bir gün “Bakı”nın, bir gün “Qarabağ”ın bazasında, üçüncü gün Xırdalanda məşq keçən komandadan Avropada möcüzə gözləmək absurd olardı.

“Kəpəz”i AFFA, daha da konkretləşdirsək SOCAR maliyyələşdirir. Lakin bu məqamı faciəyə çevirənlər nə dərəcədə haqlıdırlar? Gəncə kimi şəhərin komandasına yaxın duran tapılmırsa və AFFA məsuliyyəti üzərinə götürürsə, bunun nəyi pisdir ki? Bir vaxtlar Gəncənin futbolsuz qalmasına görə AFFA-nı günahlandıranlar bu gün SOCAR - “Kəpəz” işbirliyinə ağız büzürlər. AFFA-nın ideal vəziyyətdə çalışmadığını çox gözəl bilirik. Lakin fakt budur ki, Gəncədə bu gün heç dəz zəif olmayan futbol klubu mövcuddur və komanda az-çox gəncələliləri sevindirir. Bunu isə AFFA edib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “Kəpəz”in Müşahidə Şurasında yer alanda çoxları bunu narazılıqla qarşılanmışdı. Bəli, Mikayıl bəy heç vaxt peşəkar futbolçu olmayıb, “idman şahı” üzrə mütəxəssis deyil. Amma gördüyümə əsasən deyə bilərəm ki, bu gün Gəncə klubunun yükünün 80 faizi Mikayıl bəyin çiynindədir. Hər şey bir qırağa, dünən pulsuz, parasız “Dalğa Arena”nın qarşısında qalan gəncəli azarkeşləri də razılıqla yola salan Nərimanoğlu idi. “Ən böyük başqan, bizim başqan” - bu sözləri də azarkeşlər məhz Mikayıl bəyin ünvanlayırdılar.

Uzun sözün qısası, “Kəpəz” Avroliqada boynundan yuxarı tullandı. Böyük pulların, ideal şəraitin olmadığı klub Avroliqada ən azı 1 mərhələ keçməyi bacardı. Bunda isə Şahin Diniyevin də rolunu qeyd etmək lazımdır. Təcrübəli mütəxəssis karyerası ərzində ilk dəfə çıxış etdiyi avrokuboklarda sözünü deməyi bacardı. Kim bilir, “Kəpəz”in şəraiti, heyəti fərqli olsaydı, Şahin Diniyevin komandası bəlkə də qrupda oynardı...

Sosial şəbəkələrdə “AFFA “Kəpəz”in Avroliqada uzağa getməsini istəmirdi. Çünki bu, əlavə xərcdi” deyənlər var. Bəylər, Avroliqada “Daçiya”nı mübarizədən kənarlaşdırdığı üçün “Kəpəz” UEFA-dan 200 min avro alacaq. “Admira” keçilsəydi, həmin rəqəmin üstünə 210 min də əlavə olunacaqdı. Hər mərhələyə görə qitə futbol qurumunun ödədiyi məbləğ 10 min avro artır - 200, 210, 220 və s. 2-3 günlük xarici səfər üçün “Kəpəz”in maksimum 100 min avro xərci çıxır. Bu isə o deməkdir ki, hər keçilən mərhələdən komanda ən azı 100 min avro gəlir götürür. Bu halda AFFA niyə qazancdan imtina etsin? Bu ziyan yox, xeyirdi...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30