26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Zirə” Türkiyəyə yola düşdü

İyul ayının 15-də Türkiyədə baş verən məlum hadisələrlə bağlı “Zirə”nin qardaş ölkədə planlaşdırılan təlim-məşq toplantısına yollana bilmədiyi haqda xəbər vermişdik. Futbolxeber.az saytının məlumatına görə, Türkiyədəki vəziyyəti nəzərə alan klub rəhbərliyi hazırlığın Bakıda davam etdirilməsini qərara almışdı. Ancaq qardaş ölkədə hadisələrin səngiməsi, yoxlama oyunları və hazırlıq üçün hava şəraiti baxımından daha əlverişli olan Bolu variantını yenidən gündəmə gətirdi. Belədə, baş məşqçi Adil Şükürovun istəyi ilə komanda bu gün səhər qardaş ölkəyə yola düşdü. “Qartallar” Bolu toplantısı zamanı iki yoxlama oyununda qüvvəsini sınayacaq. Təlim-məşq toplanışı iyulun 30-dək davam edəcək.

“Zirə” səfərə çıxmamış daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Baş məşqçi Adil Şükürov futbolçuları komandanının əvəzedici heyəti ilə oyunda yoxlayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb (klub saytı)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30