26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Gəncə şəhər stadionunda yeni projektorlar quraşdırılacaq

Gəncə şəhər stadionunda yeni tribunalar quraşdırılsa da, ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmur. Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov açıqlama verib.

Onun sözlərinə görə, azarkeşlərin rahatlığını təmin etmək üçün tribunalarda hazırda təxminən 2 500 oturacaq quraşdırılır: "Oturacaqlarla bağlı iş gedir. Təmir planında projektorların dəyişdirilməsi də var. Ancaq ilk olaraq oturacaqlar yenilənir. Çempionatda ən çox azarkeş "Kəpəz"in oyunlarına gəlir. Bu səbəbdən onların rahatçılığı üçün bu işləri görmək lazımdır".

M.Cəfərov stadionda aparılan təmir işlərinin sırf Azərbaycan Kubokunun final görüşü üçün olmadığını bildirib: "Stadionda təmir işləri sırf nə kubok, nə də "Kəpəz"in avrokuboklarda oyun keçirməsi üçün aparılmır. Biz azarkeşlərin rahatlığını təmin etmək, daha çox futbolsevəri stadiona cəlb etmək istəyirik ki, komandaya dəstək versinlər. Ot örtüyünün dəyişdirilməsinə gəlincə, bu, asan məsələ deyil. Bu səbəbdən normal vəziyyətdə saxlamaq üçün daimi işlər görülür. Ot örtüyünə mütəmadi gübrələr verilir və qulluq edilir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30