26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Təbriz Həsənov: “İstərdim ki, komandam meydana çıxanda 9 milyonluq xalqın dəstəyini hiss etsin”

 
17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov bu gün mətbuat konfransı keçirir. Futbolxeber.az saytının məlumatına görə, yığmamızın çalışdırıcısı ilk öncə Avropa çempionatına hazırlıq prosesindən danışıb: “Komandamız ilk dəfədir ki, Avropa çempionatında çıxış edəcək. Dünəndən hazırlıq prosesinə start vermişik. Bu gün U-19 millisi ilə yoxlama oyunu keçirəcəyik. Oyun praktikası baxımından bu qarşılaşma vacibdi. Aprelin 18-dən etibarən Avropa çempionatının son hazırlıq prosesinə başlayacağıq. Futbolçularla danışmışıq ki, konsentrasiyanı itirməmək üçün bütün fikirlərimizi hazırlığa yönəltmişik. Avropa çempionatı öncəsi daha bir yoxlama oyunu keçirməyimiz mümkündü.  Lakin rəqibin adı hələ məlum deyil”. 
 
T. Həsənov qeyd edib ki, yığmaya 3 yeni futbolçunun cəlb olunması mümkündü: “Milliyə dəvət alan futbolçulardan 5-i hazırda ölkə xaricində çıxış edir. Həmin oyunçulardan başqa yığmaya daha 3 yeni futbolçunu dəvət etməyimiz mümkündü. Hazırda axtarışlarımız davam edir. Son “18-liyi” aprelin 30-da müəyyənləşdirəcəyik. Bəzi oyunçular son zamanlar yaxşı formada deyillər. Təbii ki, onları yığmaya dəvət etməyəcəyik”. 
 
U-17-nin çalışdırıcısı vurğulayıb ki, Avropa çempionatında məqsəd qrupdan çıxmaqdı: “Qrupdakı rəqiblərimiz güclüdü. Portuqaliya və Belçikanın gücü məlumdu. Şotlandiya da zəif deyil. Amma əlimizdən gələni edəcəyik. Məqsədimiz qrupdan çıxmaqdı. Turnirdəki ilk matçımızı Portuqaliyaya qarşı keçirəcəyik. Bu rəqibə qarşı açıq futbol oynamayacağıq. Bununla belə, futbolda hər şey mümkündü. Ola bilər ki, Portuqaliya meydana arxayın çıxsın və onları məğlub edək”. 
 
Təbriz Həsənov Avropa çempionatının favoriti qismində 4 komandan adını çəkib: “Turnirin favoriti Almaniya, Portuqaliya, Fransa və Ingiltərədir. Favoritlərdən biri də bizim qrupda yer alır. Bununla belə, Portuqaliyaya qarşı tam gücümüzlə mübarizə aparacağıq. Lazım olsa, gələcəkdə yığmaya psixoloq da dəvət edə bilərik”. 
 
Yığmamızın çalışdırıcısı heyətdəki problemlərdən də söz açıb: “Qarabağ”da forma geyən qapıçımız Məhəmməd Hüseynov 4 aydı meydana çıxmır. Zədədən əziyyət çəkirdi, məşqlərə təzə başlayıb. Elçin Əsədov məşq etmir. Heyətə nə vaxt qayıdacağı hələ bilinmir. Zədəli olduğu üçün bu dəfə ona dəvət göndərmədik. Bundan başqa, Hüseyin Seyliqli zədədən əziyyət çəkir.  2 mərkəz müdafiəçimiz və qapıçının hazırda zədədən əziyyət çəkməsi yaxşı hal deyil”. 
 
Sonda Təbriz Həsənov azarkeşlərə səslənib: “Azarkeşlərə müraciət edirəm ki, Avropa çempionatında komandaya dəstək olsunlar. Mətbuatdan da xahiş edirəm ki, futbolçuların motivasiyasını artırsınlar. İstərdim ki, komandam meydana çıxanda 9 milyonluq xalqın dəstəyini hiss etsin”. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30