26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” “Qarabağ”a qalib gəldi

“Qəbələ” bu gün yoxlama oyunu keçirib. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” milli komandaların qarşılaşmaları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə “Qarabağ”la matçda qüvvəsini sınayıb. Qəbələ şəhər stadionunda keçirilən görüşə hər iki komanda yığma üzvləri olmadan çıxıb. Bu səbəbdən Rəşad Sadiqov, Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov, Sergey Zenyov və Ermin Zets “Qəbələ”nin formasını geyinməyib.

Roman Qriqorçuk bu matçda aşağıdakı “11-liy”ə şans verib: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Rikardinyo, Vitali Vernidub, Derlis Meza Kolli, Fakundo Pereyra, Aleksey Qay, Dodo, Aleksey Antonov, Vüqar Nadirov. Matçın gedişində qapıçılar Andrey Popoviçlə David Pietrzkieviç, həmçinin Murad Musayev, Samir Zərgərov, Qismət Alıyev, Vadim Abdullayev və Vaqif Cavadov meydana daxil olub.

Avropa Liqasının qrup mərhələsində çıxış edən komandaların oyununda bütün qollar birinci hissədə vurulub. Qarşılaşmada hesabı “Qəbələ” açıb. Antonov “Qəbələ”nin hücumunu qolla tamamlayıb. Qonaqlar Dani Kintananın qolu ilə hesabda tarazlıq yaratmağa nail olub. Lakin az keçməmiş Fakundo Pereyra “qırmızı-qaralar”a qələbə qazandıran qola imza atıb. Fasilədən sonra hər iki komandanın heyətində dəyişikliklə olsa da, qarşılaşmanın nəticəsi dəyişməyib - 2:1.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqanın I turunun “Qarabağ”la matçını da evdə keçirmişdi. Həmin görüşdə qalib müəyyənləşməmişdi - 2:2.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30