26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Simurq" hazırlıq planı açıqlandı

Premyer Liqanın bitməsindən sonra istirahətə çıxan "Simurq"un yeni mövsümə hazırlıq planı artıq məlumdur. Futbolxeber.az-ın məlumatına görə, "Simurq" iyun ayının 17-dən etibarən bir araya gələcək. Bakı şəhərində toplaşacaq Zaqatala təmsilçisi tibbi müayinədən keçdikdən sonra 21-nə qədər paytaxtda hazırlıq mərhələsinin ilk hissəsin başa vurub, 23-də Türkiyəyə yollanacaq.

Kartepedə məskunlaşacaq komanda əsasən fiziki hazırlığın artırılmasından ibarət təlim-məşq toplanışı çərçivəsində üç yoldaşlıq görüşü keçirəcək. İyulun 8-nə qədər qardaş ölkədə qalacaq komanda, daha sonra vətənə qayıdacaq.

Bir neçə günlük istirahətdən sonra "Simurq" hazırlıq mərhələsinin 3-cü hissəsi üçün Avropa ölkələrindən birinə yollanacaq. İyulun 13-də yola düşəcək komandanın buradakı təlim-məşq toplanışı 27-nə qədər davam edəcək və Georgi Çixradzenin yetirmələri taktiki-texniki ağırlıqlı məşqlər çərçivəsində dörd yoldaşlıq görüşündə gücünü sınaqdan keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30