26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Roman Qriqorçuk: “Sabahkı oyun üçün heyəti hələ müəyyənləşdirməmişəm”

“Komandada hər şey qaydasındadır. İlk oyunumuzu analiz etdik. Sabahkı oyunda dəyişməli olduğumuz bir çox məqamlar var. İnanıram ki, bunun öhdəsindən gələcəyik. Qələbəyə köklənmişik”. Futbolxeber.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sabah Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Dinamo”ya qarşı baş tutacaq görüş öncəsi keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis erkən qol vurmağın elə də önəm daşımadığını bildirib: “Erkən qol daim fərqlənən tərəfə üstünlük verir. Qapısında qol görən isə bir qədər həyəcanlı olur. Sabah öz oyunumuzu nümayiş etdirməliyik. Bunun vacib amil olduğunu düşünmürəm”.

Qriqorçuk hələlik sabahkı oyun üçün heyəti tam müəyyənləşdirmədiyini qeyd edib: “Sabahkı oyuna hansı heyətlə çıxacaöımız hələ məlum deyil. Bunu sabah nahar vaxtı müəyyənləşdirəcəyik. İlk oyunla müqayisədə heyətdə dəyişiklik mümkündür”.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30