26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Xaqani Məmmədov qaş düzəldən yerdə göz çıxardı

Premyer Liqanın son turu çərçivəsində keçirilən "Neftçi" - "Bakı" oyununda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun qərarına əsasən matça 6 hakim birdən təyinat aldı. Mişel Platininin davamçısı olmaq eşqinə düşən Hakimlər Komitəsinin sədri eksperiment etmək qərarına gəldi. Amma iş elə gətirdi ki, Məmmədov qaş düzəldən yerdə vurub göz çıxardı...

"Neftçi" - "Bakı" matçının baş hakimi Rauf Cabbarov ilk yarıda işinin öhdəsindən layiqincə gəldi. İkinci yarıya da pis başlayaman referi hətta özündə cəsarət taparaq Denis Silvanı da meydandan qovdu. Amma bundan sonra Cabbarova sanki göz dəydi. Silvanı meydandan qovduqdan az sonra gənc referi "Neftçi"nin qapısına penalti təyin etməliydi. Oyunu televizordan izləyənlər də açıq-aşkar gördü ki, top "Neftçi"nin futbolçusunun əlinə dəydi. Amma Rauf Cabbarov "davam" işarəsi verdi. Halbuki həmin epizodda Cabbarov "Neftçi"nin qapısına penalti təyin etsəydi, bu gün ən xoş sözlərə layiq olacaqdı. Amma referi "Neftçi"nin qapısına penalti təyin etmədi. Bunun yalnız bir səbəbi var - "duxu" çatmadı. "Neftçi"nin futbolçusunu qov, sonra da qapısına penalti təyin et - bu boyda cəsarətin altında çətin ki, ölkəmizdə hansısa hakim girə bilsin. Cabbarov da gələcək karyerasını riskə atmaq istəmədi.

Maraqlı olan məqam ondan ibarətdir ki, tutalım, bu epizodda Cabbarov topun "Neftçi"nin futbolçusunun əlinə dəydiyini görmədi. Bəs, həmin anda qapının yanında dayanan hakim - Fariz Yusifov hara baxırdı? Cabbarov kimi Yusifov da penalti olduğunu görmədi? Əgər, hər iki hakim də "görmədik" deyirsə, o zaman daha yazılası, deyiləsi söz yoxdur. Qoy, Xaqani Məmmədov gedib, yeni mövsüm öncəsi hakimlərini oftalmoloqa yoxlatdırsın.

Penalti epizodundan bir neçə dəqiqə sonra Cabbarov yenə səhvi ilə "göz oxşadı". Olmayan yerdə cərimə zərbəsi təyin etdi. Bəlkə də Cabbarov bu hərəkəti ilə özünü sığortalamağa çalışdı. Amma bu yanaşma da düzgün deyil. Penalti hara, cərimə zərbəsi hara... Maraqlıdır ki, Cabbarovun həmin cərimə zərbəsi təyin etdiyi anda "Neftçi"nin 6-7 futbolçusu birdən onun üzərinə hücum çəkdi. Sanki "Neftçi"nin futbolçularının ürəyinə dammışdı ki, rəqib həmin epizidda qol vuracaq. Ən gülməlisi isə Cabbarovun "Neftçi"nin futbolçularından qaçması idi. Həmin anda insanda belə təəssürat yaranırdı ki, sanki futbola yox, teatra baxırsan. Hər halda, bir ölkədə ki futbolda çalışanların çoxu futbola "fitbol" deyir, axırı elə belə olacaq da... "Neftçi"nin futbolçularının qabağından qaçan Cabbarovun gücü yalnız Bertuççiyə sarı vərəqə verməyə çatdı. Görəsən, Cabbarovun o qaçışını izləyən UEFA-nın hansısa nümayəndəsi Azərbaycan hakimliyi haqda nə düşünəcək? Sonra da deyirik ki, UEFA niyə hakimlərimizə düz-əməlli təyinat vermir?!

Uzun sözün qısası, Xaqani Məmmədovun dünənki yeniliyi özünü doğrultmadı. Yaxşı olar ki, Hakimlər Komitəsi hansısa yenilik, ya da Platininin gözünə girmək haqda düşünməsin. Düz-əməlli hakim yetişdirin, bu, yetər.

Həm Xaqani Məmmədovun, həm də Rauf Cabbarovun bəxti onda gətirdi ki, dünənki "Neftçi" - "Bakı" oyunu turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etmirdi. Yoxsa, oyundan sonra bir həngamə qopardı ki, gəl, görəsən. 1 anlıq təsəvvür edin ki, bu səhvlər kubokun finalında baş verir...

... ALLAH, sən saxla!

Şahin ZÜLFÜQAROV  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30