26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Bakı" "Portu" ilə əməkdaşlığa başlayır

"Bakı"futbol klubu beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir inamlı addım atıb. Futbolxeber.az-ın məlumatına görə, Madrid "Atletiko"su ilə əməkdaşlıqla gündəmə gələn "Bakı" indi də Avropanın daha bir nəhəng klubu ilə anlaşma imzalamağa hazırlaşır. Bu məqsədlə "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov və katibi Zəka İbrahimov bir neçə gün öncə Portuqaliyaya səfər ediblər.

 «Portu»nun bazasını ziyarət edən klub rəsmiləri Çempionlar Liqasının qalibinin infrastrukturu, bazası və iş metodları ilə yerindəcə tanış olublar. Onlar «texniki məsələlərlə tanışlıq» proqramı əsasında kluba aid bütün texniki şöbələrə, mühasibatlıq və idarəetmə strukturunun çalışdığı kompleksə baş çəkib. Qonaqlara klubun fəaliyyətindən bəhs edən video-rolik göstərilib.

Daha sonra «Porto»nun rəhbər şəxslərinin iştirakı ilə geniş toplantı düzənlənib. Antero Enrike məlumat verərək bildirib ki, «Portu» son 15 ildə Avropaya ən çox oyunçu satan klubdur. Bu uğurlu nəticəni necə əldə eitdiklərini açıqlayan klubun baş idarəçisi deyib ki, onlar uşaq futbol akademiyasının işinə xüsusi önəm verirlər və hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə yeniyetmə və gənc baxışdan keçmək üçün Portuqaliyaya dəvət olunur.

Nöbvəti gün «Bakı» futbol klubunun nümayəndləri prezident Pintu da Koşta ilə görüşüblər. Tərəflər qarşılıqlı əməkdaşlıq üçün öz şərtlərini açıqlayıb. «Porto»nu prezidenti işbirliyində maraqlı olduqlarını bildirərək, «Atletiko» kimi «Bakı» ilə əlaqə qurmaq ideyasını dəstəkləyib. Koşta Azərbaycanla bağlı istənilən brendin klubun formalarında reklamına müsbət yanaşıb və deyib ki, Madrid klubunun gördüyü ilk iş bütün dünyaya səs salıb.

«Porto»nun rəhbəri təklif edib ki, «Bakı»nın aşağı yaş qrupları üzrə komandaları hər il 3 dəfə onların bazasında qonaq ola, 1 ay müddətinə təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirə bilər. Eyni ilə portuqaliyalılar bu məqsədlə ölkəmizə səfər etməyə razıdır. Əsas komandalara gəlincə, avrokubokların daimi iştirakçısı «Bakı» ilə yoldaşlıq görüşündə qüvvəsini sınamağa hazırdır.


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30