26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Rəvan" AZAL-la oyuna hazırdı

 

Premyer Liqanın 31-ci turu çərçivəsində sabah AZAL-ı qəbul edəcək "Rəvan” bu oyuna hazırlığı başa vurub. Futbolxeber.az-ın məlumatına görə, "Rəvan" bu gün keçirilən məşqdən sonra oyun saatını gözləməyə başlayıb.

"Bayıl stadionu”nda baş tutan son məşq təxminən 1 saat davam edib. Baş məşqçi Ramil Əliyev hazırlıq ərzində yetirmələrini qısa və dəqiq ötürmələr üzərində xüsusi çalışdırıb. Futbolçular təzyiq altında topu özündə maksimum dərəcədə çox saxlamaq tapşırığını da yerinə yetirib. Məşqin sonunda isə cinah asmaları və qapıya zərbələr üzərində işləməyə imkan oldu.

Qeyd edək ki, "Rəvan"da növbəti oyun üçün yalnız 1 itki var. Amma bu, çox ciddi itkidir. Belə ki, cari mövsüm 14 qol vuraraq komandanın əsas qoleadoruna çevrilmiş Xuan Manuel Varea sarı vərəqə limitini doldurduğuna görə cəzalıdır və 1 matç buraxmalı olacaq.

Qeyd edək ki, argentinalı qoleador cari mövsüm Premyer Liqadakı bütün oyunlarda start heyətində meydana çıxmışdı. Başqa sözlə, onun seriyası da qırılacaq.

Əvəzində "Kəpəz”lə son oyunda cəzalı olan Orxan Lalayev, Samuel Barlay və Miloş Adamoviç cəzasını başa vurub. Baş məşqçi Ramil Əliyev bu "üçlük”dən savayı, zədələrini sağaldan Nikolay Orlovski və Mindauqas Kalonasın da xidmətindən yararlana biləcək.

Qeyd edək ki, sabah "Bayıl stadionu”nda keçiriləcək "Rəvan” - AZAL qarşılaşması saat 17:30-da başlayacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30