16 Oktyabr 2018, Çərşənbə axşamı
"Neftçi"də qvineyalı yarımmüdafiəçi
TPL: VIII turun oyun cdvəli açıqlandı
Maksim: "Elə epizodlar var idi ki..."
"Azərbaycan fantastik komandadır"

Ölkə futbolu

Prosineçki: “Problem azərbaycanlı futbolçuların istedadlarında yox, mentalitetindədir”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki martın 28-də Maltaya qarşı keçiriləcək oyunöncəsi açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Xorvatiyanın “Sport 1Z” kanalına müsahibəsində Prosineçki bildirib ki, hazırda Azərbaycan millisində yaxşı futbolçular var: “Bir neçə il sonra Azərbaycan millisi indikidən yüksək mövqedə olacaq. Biz Malta ilə oyunda komandadan irəliləyiş gözləyirik. Azərbaycanlı oyunçuların problemi istedadlarında yox, futbol mentalitetindədir. Biz çalışırıq əsl futbol oynayaq”.

R.Prosineçki Azərbaycan millisinin hədəflərindən də danışıb. Bildirib ki, komandanın gələcək məqsədi Avro-2020-də oynamaqdır.

Prosineçki millimizin qrupdakı rəqibi olan Xorvatiya millisi barədə də fikirlərini açıqlayıb. O, həmvətənlərinin Avro-2016-ya vəsiqə qazanacağına və orada layiqincə çıxış edəcəyinə inandığını deyib.

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31





Click to Visit