26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

İbrahim Uzunca: “Hakimlərə dediklərimin xeyri yoxdur”

“Bu gün yenə buraxılan erkən qol ucbatından məğlub olduq. İkinci hissədə isə komandam yaxşı futbol sərgiləməyə başlasa da, yetərli olmadı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyundan sonra “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.

Türkiyəli mütəxəssis bildirib ki, hakimlər barədə dediklərinin xeyri yoxdur: “Hakimlər barədə heç nə danışmaq istəmirəm. Əslində, bundan öncə də hakimlər barədə pis danışmırdım. Sadəcə, dediklərimin xeyri yoxdur. Mən hakimləri öz bildikləri ilə baş başa buraxıram. Sadəcə, istədiyim bir məsələ var ki, düzgün qərar versinlər. Mən isə öz növbəmdə futbolçularıma təşəkkür edirəm. Bu gün 0-3 hesabı ilə məğlub olmaya da bilərdik. Amma gənc futbolçulardır, belə xətalar mümkündür. Bütün bunlara rəğmən, mən gənclərin Azərbaycan futbolunda iz buraxacağına ümid edirəm”.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30