26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Rəvan" AZAL-la oyunun hazırlığına başladı

 

"Kəpəz”lə oyunundan sonra futbolçulara 1 günlük istirahət imkanı yaradan "Rəvan"ın baş məşqçisi Ramil Əliyev dünən bərpaedici məşqlə kifayətlənib. Futbolxeber.az-ın məlumatına görə, hələ də zədəsini sağaltmaqla məşğul olan Nikolay Orlovski ilə yüngül zədəsi olan Mindauqas Kalonas fərdi məşq ediblər. Əsasən meydanın kənarında qaçmaqla və çox bəsit təmrinlərlə keçinən bu ikilidən savayı, qalanları nisbətən yüklənib. Amma məşqin bərpaedici xarakterli olması yüklənmə dərəcəsinə də təsirsiz ötüşməyib.

Əvəzində Ramil Əliyev bu günkü məşqdə futbolçuları tam qüvvə ilə hazırlaşdırıb. İsinmə hərəkətləri fiziki təmrinlərlə əvəz olunub. Ardından toplu ənənəvi çalışmalar üstünlük təşkil edib. Cinahdan asmalar üzərində işləyən futbolçular qapıçılaraın sayıqlıqlarını yoxlamağa da imkan tapıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30