26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Yuri Syomin fikirləşmək üçün "Qəbələ"dən vaxt istəyib"

 

"Həqiqətən Azərbaycanın “Qəbələ” klubu Syominə təklif göndərib. Ancaq Yuri Pavloviç fikirləşmək üçün vaxt istəyib”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri tanınmış rusiyalı məşqçi Yuri Syominin agenti Dmitri Selyuk deyib.

“İzvestiya” nəşrinə müsahibə verən Selyuk mütəxəssisin “Qəbələ”dən aldığı təklifi təsdiqləyib: “Məsələ ondadır ki, indi ona müxtəlif klublardan təkliflər daxil olub. Hər şeyi ağılla-başla dəyərləndirmək üçün vaxt lazımdır. Özü də “Qəbələ” rəhbərliyinin bu addımını qiymətləndirmək lazımdır. Onlar mövsüm bitməsini gözləməyərək, əvvəldən Syominə maraqlarının olduğunu göstərdilər. Azərbaycanda futbol həqiqətən də sürətlə inkişaf edir və maliyyələşmə də yüksək səviyyədədir. Bu, aparıcı mütəxəssislərimiz üçün çox yaxşı iş yeridir. Axı onlara Rusiya və Ukraynadan başqa heç yerdə tələbat yoxdur”.

Agentin sözlərinə görə, Syomini məşhurlaşdığı “Lokomotiv”dən aldığı təklif də cəlb edir: “Görək sonda Syomin hansı qərarı qəbul edəcək. Ancaq istənilən halda, onun istirahət üçün vaxtı yetərincə çox olub. İndi yenidən döyüşə atılır. Digər tərəfdən Syomin yenidən “Lokomotiv”də işləməyin əleyhinə deyil”. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30