26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ruslan Əmircanov: “Mütləq revanşımızı alacağıq” (Müsahibə)

2  aya yaxındır zədədən əziyyət çəkən “Qəbələ”nin və millimizin üzvü Ruslan Əmircanov Futbolxeber.az saytına müsahibə verib.

- Bir müddətdir ki, zədədən əziyyət çəkirsən. Hazırda vəziyyətin necədir?

- Artıq məşqlərə başlamışam. Bir neçə gündür ki, komandayla birgə çalışmalarda iştirak edirəm. Bir balaca narahatçılıq var idi. Bu da ondan irəli gəlir ki, əzələ tam bərpa olmayıb. Ağır məşqlər zamanı müəyyən çətinliklər olsa da, ümumi götürdükdə hər şey yaxşıdır.

- Həkimlər nə deyirlər, nə vaxt meydana qayıdacaqsan?

- Ortaya hər hansı bir ciddi problem çıxmasa artıq meydana çıxa bilərəm. Həkimlər icazə versə, baş məşqçi lazım bilsə, AZAL-la görüşdə meydana çıxacağam.

- Amma bir neçə gün əvvəl “Sumqayıt”a qarşı baş tutan yoxlama oyununda meydana çıxmamışdın...

- O zaman tam hazır deyildim. Cəmi 2-3 gün idi ki, məşqlərə başlamışdım. Fiziki cəhətdən də zəif idim. Üstəlik, oyun süni örtüklü meydançada keçirilirdi. Bu səbəbdən də məşqçilər risq etməmək qərarıan gəldilər. Meydana çıxsaydım, zədəmi təzələyə bilərdim.

- Son oyunlarda meydanda olmasan da, komandanın oyunlarını canlı izləmisən. Geridə qalan müddətdə “Qəbələ”nin çıxışına necə qiymət vermək olar?

- Pis oynamırıq. Düzdür, ürəyimiz istəyən kimi də çıxış etmirik. Hər halda kənardan hər şey yaxşı görünür. Bəzi oyunlarda zəif oynayıb, uduzmuşuq. Amma elə oyunlar olub qələbəni heç nədən əldən vermişik. “Xəzər Lənkəran”la oyunda sona yaxın qapımızda qol gördük. Rəqib heç nədən fərqləndi. Halbuki 50 cür həmin epizod olsa da, top bir də qapıdan keçməz. “Bakı” ilə oyunda da erkən qol vurmağa müvəffəq olduq. Amma yenə də öz əlimizlə rəqibə xal hədiyyə etdik. Xırda səhvlər üzündən evdə qızıl xallar itirmişik. Onu da unutmayaq ki, turnir cədvəlində vəziyyətimiz faciəvi deyil. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

- Özün də qeyd etdin ki, “Qəbələ” ideal səviyyədə çıxış etmir. Bunun səbəbini nədə görürsən?

- Əsas səbəb odur ki, keçən ildən komandada çox az futbolçu qalıb. Bu gün əsas heyət üzvlərindən cəmi 4-ü ötən il də komandanın şərəfini qoruyurdu. Digər yeni futbolçu yenidir. Kamran Ağayev, Ürfan Abbasov, Viktor Mendi və Dodo əvvəldən komandadadırlar. 1-2 aya komanda formalaşmır. Yenilərin mühitə uyğunlaşması, futbolçuların anlaşmasının istənilən səviyyədə olması üçün vaxt lazımdır. Dediyim bütün bu proseslər vaxt aparır.

- Baş məşqçinin də yeni olması buna təsir edir?

- Baş məşqçimiz çox səviyyəli mütəxəssidir. Hamı bilir ki, o, necə məşqçidir, hansı klublarda işləyib. Üstəlik yaxşı da futbolçu olub. Muntyanuluq burada heç nə yoxdur. Məşqlərimiz yüksək səviyyədə keçir.

- Qarşıdakı turda “Qəbələ”ni AZAL-la oyun gözləyir. Cari mövsümdə bu komandaya 1-i çempionat, 1-i yoxlama oyunu olmaqla artıq 2 dəfə uduzmusuz. Bu dəfə “Qəbələ”nin uğurlu nəticəyə nail olması mümkündür?

- Həqiqətən AZAL bizi ilk dövrədə evdə məğlub edib. Mütləq həmin məğlubiyyətin revanşını almalıyıq. O məğlubiyyəti yaddan çıxarmamışıq. Revanşımızı alacağıq. Bunun üçün meydanda daha çox mübarizə aparmaq, rəqibdən daha çox qaçmaq lazımdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30