26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ernest Nfor: “Bu hərəkətimə görə komanda yoldaşımdan üzr istəyirəm” (Müsahibə)

“Neftçi”nin hücumçusu Ernest Nfor AZAL-la oyundan (4:0) sonra Futbolxeber.az saytına qısa müsahibə verib.

- Böyükhesablı qələbəni necə şərh edə bilərsən?

- Qələbəyə görə çox sevinirəm. Böyükhesablı qələbə qazanmaq daim xoşdur. Bu cür qələbələr komandada inam yaradır. Həm də fərqli oyun üslubunda çıxış edirik.

- Bir epizodda Denis Silva qol vurmağa yaxın olsa da, sən topa toxunmaqla qolun qeydə alınmasını əngəllədin...

- Denis Silvanın zərbəsi zamanı oyundan kənar vəziyyətdə olduğumu fikirləşmədim. Mənə elə gəlirdi ki, çox yaxşı mövqedəyəm və ona görə topa toxundum. Bu, mənim səhvim idi. Buna görə Denisdən üzr istəyirəm. Yaxşı ki, Denis qol vurdu.

- Kanales sonradan meydana daxil olub, 2 qol vurdu. Bu məqam səni qorxutmur?

- Yox, qətiyyən qorxmuram. Əksinə, Kanalesin AZAL-a iki qol vurması məni sevindirir. Çünki futbol bir komanda oyunudur. Kanalesin vurduğu hər iki qol komandaya güc verir. Biz də gücümüzə güvənərək oynayırıq.

- Bu oyundan sonra çempionatda fasilə yarandı. Uzunmüddətli fasilə “Neftçi”yə mənfi təsir edə bilər?

- Yox, buna inanmıram. Komandamız hazırda yaxşı formadadır. İnanıram ki, fasilə müddətində komandamız daha yaxşı çalışacaq. Hər bir komandanın oyununda çatışmazlıqlar var. Belə fasilələr isə çatışmazlıqları aradan qaldırmağa kömək edir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30