26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Berti Foqts: “Rusiya ilə oyunda nəticə əsas deyil” EKSKLÜZİV

“Neftçi” - “Simurq” oyununu canlı olaraq stadiondan izləyən milli komandamızın baş məşqçisi Berti Foqts qarşılaşmanın fasiləsində Futbolxeber.az saytına eksklüziv müsahibə verib.

- İlk 45 dəqiqə ərzində “Neftçi” - “Simurq” oyununun səviyyəsi sizi qane etdimi?

- Maraqlı oyun izlədik. İlk dəqiqələrdə “Simurq” bir qədər oynamağa çətinlik çəkirdi. Amma sonradan üstünlüyü ələ aldılar və rəqibdən daha yaxşı təsir bağışladılar. Qol epizodları da oldu. Amma əvvəldə niyə çətinlik çəkdiklərini bilmirəm.

- Meydanda olan və milliyə dəvət almayan futbolçulardan kimisə bəyəndiniz?

- Yox, hələ ki ilk 45 dəqiqədə belə bir futbolçu görmədim.

- “Neftçi”nin müdafiəçisi Məqsəd İsayev bu gün sizin milliyə dəvət etdiyiniz İlkin Qırtımovla eyni cinahda mübarizə aparır və ondan heç də geri qalmır...

- Bu, sizin fikrinizdir. Mən bir söz deyə bilmərəm.

- Hər halda, sizin də fikrinizi bilmək maraqlı olardı.

- Məqsəd İsayev haqda məlumatım var, onu tanıyıram. Amma bu gün sol cinahda niyə yer aldığını dəqiq bilmirəm.

- Məcburiyyətdən. Üçüncü qapıçı kimi milliyə “Neftçi”dən Emil Balayevi dəvət etməyiniz də birmənalı qarşılanmadı. Hər halda, nadir hallarda meydana çıxan Balayev istər “Araz Naxçıvan”, istərsə də “Bakı” ilə oyunlarda elə də inamlı təsir bağışlamadı. Onu hansı xüsusiyyətinə görə yığmaya dəvət etmisiz?

- Emil balayev gənc və yaxşı qapıçıdı. O, bacarığına görə gənclər arasında seçilir. Gələcəkdə milliyə fayda verə bilər.

- Özbəkistanla oyundan əvvəl Cihan Özkaraya sonuncu dəfə şans verdiyinizi bildirdiniz və o, etimadı doğrultmadı.  Amma Özkaranın adı bu gün heyətdədir...

- Nəyə görə şans verdiyimi bilirəm. Bu gün siz onun əvəzinə Azərbaycan çempionatından kimi milliyə çağırmağımı istərdiniz?

- Məncə, “Araz Naxçıvan”dan Bəxtiyar Soltanovu sınamaq olardı...

- Bəxtiyarı tanıyıram. Onun nəyə qadir olduğunu bilirəm. Əvvəllər Bəxtiyarı millidə sınamışam. Amma ümidlərimi doğrultmayıb. Cihan Özkara Bəxtiyar Soltanovdan daha güclü futbolçudur. Həm texnikasına, həm də meydandakı mübarizə əzminə görə.

- Rusiya ilə oyunda az qalıb. Bu matçda sizin üçün əsas olan nədir: Bolqarıstanla oyunöncəsi futbolçuları istədiyiniz kimi sınamaq, yoxsa nəticə?

- Rusiya ilə oyunda nəticə əsas deyil. Mənim üçün daha önəmli olan bu matçda futbolçularımı sınamağım, onların Bolqarıstanla oyundan əvvəl son durumlarına bələd olmaqdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30