19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Lənkəranda əsl futbol atmosferi hökm sürürdü"

 

Topaz Premyer Liqasının son turunda səfərdə "Xəzər Lənkəran"la heç-heçə edən (0:0) "Sumqayıt" Futbol Klubu hazırlığını Bayıl Arenada davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, kapitan Samir Abasov hazırlıq prosesi barəsində və qarşıdakı "Kəpəz"lə oyun haqqında fikirlərini klubun rəsmi saytına bildirib: "Son turda səfərdə "Xəzər Lənkəran"la qarşlaşmada qazandığımız bir xal bizim üçün olduqca əhəmiyyətlidir. Bu oyunda komandamız sözün əsl mənasında meydanda döyüşdü. Lənkəranda əsl futbol atmosferi hökm sürürdü. Baxmayaraq ki, tribunalarda əvvəlki oyunlardakı qədər azarkeş yer almırdı. Amma meydançanın durumu və hava şəraiti futbolçuları futbol oynamağa sövq edirdi. Səfərdə qazandığımız bir xal uşaqlarda ruh yüksəkliyi yaradıb. İndi sadəcə qarşıdakı "Kəpəz"lə oyunu düşünürük. Bu görüşdən maksimum nəticə ilə ayrılıb vəziyyətimizi bir qədər də yaxşılaşdırmaq istəyirik. Bundan sonra qazanacağımız hər xal bizim üçün qızıla bərabər olacaq".

Samir Abasov hazırda inşa olunan "Sumqayayıt" İdman Mərkəzi haqqında da fikirlərini bildirib. Adıçəkilən futbolçu bir sumqayıt sakini kimi bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib: "İnanın, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun həyətindən içəri daxil olan kimi ürəyim açılır. Bəziləri hər iki meydançanın süni örtüklü olmasını tənqid edir. Amma gəlin reallıqla danışaq, bu şəhərin belə bir idman mərkəzinə ehtiyacı var idi. Buradakı uşaqların yerinə çox sevinirəm. Artıq balalarımız yüksək şəraitdə məşq edib futbolda ilk addımlarını atacaqlar. Bir Sumqayıt sakini kimi şəhərimizdə belə bir idman mərkəzinin salınmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Burada böyüyən uşaqların adından bu qərarı verənlərə çox sağol deyirəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31