26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Atletiko”nun uğurundan ən çox udan İspaniya yox, Azərbaycan oldu”

RUSİYANIN NÜFUZLU “SOVETSKİ SPORT” QƏZETİNDƏ AZƏRBAYCAN - “ATLETİKO” ƏMƏKDAŞLIĞI İLƏ BAĞLI YAZI DƏRC EDİLİB
Rusiyanın nüfuzlu “Sovetski sport” qəzetində Azərbaycanın Madridin “Atletiko” klubuna sponsorluq etməsi ilə bağlı yazı dərc olunub. Qol.Az-ın xəbərinə görə, müəllif Yevgeni Şuvayev yazır ki, 18 illik fasilədən sonra İspaniya çempionu olan, eyni zamanda Çempionlar Liqasının finalına vəsiqə qazanan “Atletiko” bu mövsümün birnömrəli sensasiyası olub.
 
“Atletiko”nun bu uğurundan ən çox udan hətta İspaniya da deyil, Azərbaycan oldu” – deyə müəllif qeyd edib.
 
Yazıda xatırladılır ki, hələ 2012-ci ildə “Atletiko” Azərbaycanla (“Bakı” futbol klubu ilə - red.) əməkdaşlıq müqaviləsi imzalayıb: “Bu müqaviləyə əsasən, “Atletiko” oyunlara “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan formayla çıxmalı, Azərbaycanın yeniyetmə futbolçularının inkişafı ilə bağlı bu ölkə ilə əməkdaşlıq etməlidir. Bundan başqa, “Visente Kalderon”da (“Atletiko”nun ev oyunlarını keçirdiyi stadion – red. ) Azərbaycandan olan fəxri qonaqlar üçün VİP-loja ayrılıb. Madrid klubu sözügedən əməkdaşlıqdan bir mövsüm üçün 12 milyon avro gəlir götürür. Bu, “Barselona” ilə müqayisədə gülməli rəqəmdir. Nəzərə alaq ki, bu mövsüm bir dəfə də olsun Dieqo Simeonenin komandasına qalib gələ bilməyən Kataloniya klubu Qətərlə eyni məzmunlu əməkdaşlığa görə, beş ildə 150 milyon avro gəlir götürür”.
 
 
Yazıda Azərbaycan – “Atletiko” əməkdaşlığı ilə bağlı Madrid klubunun prezidenti Enriko Seresonun fikirlərinə yer ayrılıb: “Cəmi bir il ərzində Azərbaycan brendini bütün dünyada tanıtdırmağa, iki ölkə arasında əlaqələri ən yüksək səviyyətə inkişaf etdirməyə çalışdıq”. Enriko Sereso bu fikirləri deyəndə hələ heç bir turnirdə qalib gəlməmişdi. Zaman göstərdi ki, bununla qətiyyən tələsməyib”.
 
Yazı müəllifi “Atletiko”nun Çempionlar Liqasının finalında, İspaniya superkubokunda və mümkündür ki, Avropa superkuboku uğrunda matçda oynayacağını da yazıb. Yevgeni Şuvayevin fikrincə, bundan sonra bütün dünyada Azərbaycanı xəritədə və internetdə axtaranları sayı daha da artacaq.
 
Yazıda həmçinin bildirilib ki, “Land of fire Azerbaijan” brendinə qısqanclıqla yanaşanlar da tapılıb. Konkret olaraq, Çempionlar Liqasının “Çelsi”yə qarşı keçirilmiş yarımfinal matçından sonra İranın «Jam-e Jam»  qəzetində “Atletko”nun forması üzərindəki Azərbaycan sözlərinin silindiyi xatırladılıb: “Bu, çox təəccüblü addım idi. Çünki elə həmin qəzetin internet saytında o şəklin orijinalı vardı”.

Yazıda bildirilir ki, “Atletiko” Azərbaycan hakimiyyətinin birinci və sonuncu layihəsi deyil: “Ölkənin əsas hədəflərindən biri paytaxtda “Avro-2020”nin və Yay Olimpiya Oyunlarının keçirilməsinə nail olmaqdır”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30