26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Buna görə mənim ürəyim ağrıyır”

Sabah Filippin yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü ərəfəsində bu gün təşkil edilmiş mətbuat konfransında millimizin baş məşqçisi Berti Foqts sualları cavablayıb.

“Ötən həftə püşkatmaya dair mətbuat konfransı olmalı idi. Ancaq nədənsə, baş tutmadı. Məndən nə qədər xal toplamağı nəzərdə tutduğumuzu soruşdular. Əgər bu, normal sualdırsa, onda jurnalistikada nəyisə dəyişmək lazımdır”, deyə Foqts sözə başlayıb və ardınca öz köməkçiləri - Mahmud Qurbanov, Rauf Mehdiyev, Volfqanq Rolf və Uli Ştaynı təqdim edib.

- Futbolçuların hazırlığı necədir?

- Mənim həmkarlarımla danışmaq sizə maraqlı deyil? Fiziki hazırlıq normaldır. Müsbət məqamlar var. Psixoloji nöqteyi-nəzərdən də hər şey yaxşıdır. İstək görürəm. Biz “Qarabağ” - “Neftçi” və “Xəzər Lənkəran” - “Bakı” oyunlarına baxmışıq. Yaxşı oyunlar idi.

- Nə üçün yığmada “Qəbələ”dən iki qapıçı var?

- Mənə elə gəlir ki, bir klubda yığmanın iki qapıçısı oynamamalıdır. Kamran “Qəbələ”yə Anardan sonra gəlib. Mən ona müqavilədə şərt qoymağı təklif etdim ki, o, birinci nömrə olsun. Ancaq o, bunu etmədi. Anarda günah görmürəm. Hər ikisi yığmanın qapıçısıdır.

“Səlahət Ağayevin zədəsi var. Aqil Məmmədovun isə ailəsində itki var”, deyə Uli Ştayn əlavə edib.

“Anar ehtiyatda oturmasına rəğmən, yaxşı formadadır”, deyə Rauf Mehdiyev bildirib.

- Oyunçuları öz strategiyanıza nə qədər öyrədə bilmisiniz?

- Hər bir oyunçu digərindən fərqlənir. Ancaq vacibdir ki, onlar bir-birini yaxşı anlasınlar. Mən həmişə futbolçulara demişəm ki, sürətlə oynamaq lazımdır. Mən Rəşad, Mahir və Elnurdan çox şey tələb edirəm.

- Kimlə işləmək asandır - yerlilər yoxsa milliləşdirilmişlərlə?

 Futbol komanda oyunudur. Hər futbolçunun öz anlayışı var. Hər şey sadədir. Biz hamımız futbolçuya nə etmək lazım olduğunu deyirik. Mənim üçün hansı -dildə və ya tərcüməçi vasitəsilə danışmağın heç bir fərqi yoxdur. Bizim futbolun problemi ondadır ki, topsuz qaçmır. Mən bunu çempionatda həmişə görürəm. Çempionatın son oyununda “Qarabağ”ın futbolçuları məhz belə oynayırdı. Yeri gəlmişkən, əksəri əcnəbilər idi.

- Rəşad Sadıqov oynaya biləcəkmi? Əgər yox, bu halda, kapitan kim olacaq?

- Sabah səhər onun oynayıb-oynamayacağı aydın olacaq. Sadıqov bizə yüz faiz hazırlıqlı lazımdır. Rəşadın zədəsi ilə bağlı vəziyyətdən nə mən, nə də o, razı deyilik.

- Ruslan Abışovun “Rubin”də az oynaması sizi narahat etmir?

- Ruslan çox istedadlı oyunçudur. Çox təəssüf ki, Rusiyaya köçəndən sonra, o, əvvəlki deyil. Çünki o, az oynayır. Buna görə mənim ürəyim ağrıyır. O, özü də başa düşür ki, az oynayır. Mən onu çox sevirəm və onunla danışdım. Ruslan dedi ki, yaxınlarda qərar qəbul edəcək. Əgər Ruslanın xarici klubda oynamaq imkanı olsa, o, bundan yararlanmalıdır. Oynamaq lazımdır, skamyada oturmaq yox.


azerisport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30